backend

Qızını zorlayan kişi: “Bakirəlik testini özüm yapacam”

Qızını zorlayan kişi: “Bakirəlik testini özüm yapacam”

Son zamanlar ata tərəfindən qız övladların edilən zorlamaların sayı sürətlə çoxalıb. Bu dəfə 22 yaşlı qızına təcavüz edən atanın 50 yaşı olub.

“Bakirəlik testini mən yoxlayacam” deyən ata qızı ilə birlikdə meşəyə gedərək onu zorlayıb. Gənc qızın kömək istəməsi yaxınlıqdakı polislərin şübhəsinə səbəb olub. Polislərin köməkliyi nəticəsində ata və qız nəzarətə götürülüb.

Polis bölməsində ifadə verən qız atası tərəfindən dəfələrlə seksual hərəkətlərə məruz qaldığını deyib: “Atam, əvvəllər də mənə qarşı seksual hərəkətlər edib. Telefonumda çılpaq şəkillərimi görüb, dəliyə döndü və mənə təhqiredici sözlər söylədi. Öldürəcəm səni, öldürməzdən əvvəl də bilirəm sənə nə edəcəm. Sənin bakirəlik testini özüm yoxlayacam dedi. Daha sonra məni meşəyə aparıb zorladı. Hədə qorxu gələrək şalvarımı, köynəyimi, alt paltarımı çıxartdı. Mənə toxunmağa, öpməyə başladı. Dəli oldum. Çünki, bu insan mənim atam idi. Öz qızını zorlaya bilməzdi”.

İfadə verən ata isə “Qızıma qarşı hər hansı bir səhv hərəkət etməmişəm. Yoldaşımla aramızda problem vardı. Qızım buna görə mənim əleyhimə ifadə verib. Mən uşaqlarıma qarşı hər zaman tərbiyəli olmuşam. Günahsızam”- deyə, bildirib.

Məhkəmə tərəfindən ataya 15 il həbs qərarı verilib.

Qaynarxett.az