backend

Şıxlınskaya Mərkəzində dəhşət: turistlər yandırıldı - Fotolar

Şıxlınskaya Mərkəzində dəhşət: turistlər yandırıldı - Fotolar

Qubada yerləşən Leyla Şıxlınskaya adına Bərpa və Spa Mərkəzində rəzalət yaşanıb

Politika.Az-ın verdiyi məlumata görə, Nemət Günay adlı turist mərkəzdəki şəraitdən heyrətə gəlib.

Onun sözlərinə görə, 104 nəfərlik heyətlə düşərgəyə yollanıblar. Asudə vaxt zamanı basketbol oynamağa top istənilib.

“Dedilər ki, dünən cırılıb, futbol topuyla oynamağı məsləhət etdilər. Sonra bolinq zalına daxil olduq. Burada da 6 xətdən 4-ü işləmirdi. Amma 6 xəttin qiymətini də hesablamağı ayıb bilmədilər.

Getdik ”paintball” üçün, bu lap dəhşət və bərbad. Heyətə 40 dərəcə istidə geyindirdilər, sonra “soyunun, düzəldə bilmirik” dedilər. Heç üzr də istəmədilər. Paintball həvəskarları da xarici vətəndaşlar idi.

Axı nə üzlə bu qədər adamı qarşılayırsız? Söz verdilər ki, saat 12-yə hazır olacaq. Ancaq 3-ə qədər çəkdi. Rəhbərə etdiyimiz zənglərə gah cavab vermədi, gah da yola verdi”,-deyə şikayətçi vurğulayıb.

N.Günay qeyd edib ki, ən böyük şoku kartinqdə yaşayıblar: “Təxminən, 5-6 iş yoldaşımız texniki baxımsızlıq ucbatından 2-ci dərəcəli yanıq xəsarətləri aldılar.
Bunu təsdiqləyən foto şəkilləri təqdim edirəm. Onların arasında əcnəbilər də var idi. Bütün bu fəlakətlərin qarşılığında izdən pul tələb etdilər.

Qəlyanaltı vaxtı mətbəxə gəldik və burada da sürprizlər bizi gözləyirdi. Açıq bufe kimi təqdim edilən menyu 40-45 adamın oturmasından sonra yeməklər qurtardı. Dedilər ki, bu dəqiqələrdə hazır olaca və alaçiy lülələr gətirildi.

Çay saatında da əsəblərimiz tarıma çəkildi. Əksinə, üstümüzə qayıdıb dedilər ki bütün otelin əsəbləri ilə oynamısız. Bu da inkişaf etmiş turizm”.

Bu iddialarla bağlı Mərkəzn də mövqeyini dərc etməyə hazırıq.