backend

Hakimiyyət dəyişikliyi, yoxsa “aşağıdan inqilab”? – Rusiya üçün İKİ VARİANT

Hakimiyyət dəyişikliyi, yoxsa “aşağıdan inqilab”? – Rusiya üçün İKİ VARİANT

“Rusiyada büdcə kəsiri yüksək olaraq qalır, xərcləri azaltmaq mümkün olmur, suveren fondlar artıq 2017-ci ildə xərclənə bilər”.

Publika.az xəbər verir ki, bu haqda “Slon.ru” saytında Siyasi Texnologiyalar Mərkəzinin analitik departamentinin rəhbəri Tatyana Stanovaya yazıb.

Onun sözlərinə görə, “böyük özəlləşdirmə” bir yerdə fırlanır, prezident Vladimir Putin maliyyə-iqtisadi problemlərdən kənarda qalmaqda davam edir: “Rusiyada büdcə riskləri toplanır. Onları dövlət qərarlarının qəbulunun spesifikasına görə idarə etmək çox çətin olacaq. Qeyri-populyar qərarlar geniş sosial təbəqələrin səbrini sınayacaq. Hakimiyyət əmindir ki, resurslar tükənməkdən uzaqdır, sosial sükut və tolerantlıq ağrılı qərarların qəbulunda manevr üçün yer qoyur. Məhz bu hakimiyyət üçün tələ yaradır: görünən sosial dözüm aldadıcı ola bilər”, - o, qeyd edib.

Tatyana Stanovaya bildirir ki, son iki il ərzində iki mövzu məşhur olub: mümkün hakimiyyət dəyişikliyi və “aşağıdan inqilab”.

Ekspert qeyd edir ki, birinci variantın sağ qalma ehtimalı daha çoxdur: “Elitalar maraqların bölgüsündə iştiraklar məsələləri üzrə hakimiyyətlə fəal ticarət aparır”.