backend

Bu diyar Sülüyman Mikayılovun rəhbərliyi və Qaradağ əhalisinin zəhməti ilə daha da abadlaşir, gözəlləşir

Bu diyar  Sülüyman Mikayılovun rəhbərliyi və Qaradağ əhalisinin zəhməti ilə daha da abadlaşir, gözəlləşir

















Süleyman Mikayılov Qaradağa İH başçısı təyin edildikdən sonra burada sözün həqiqi mənasında bir sıçrayış, tərəqqi hiss olunmağa başladı.Elə ilk gündən rayonda böyük abadlıq, quruculuq işlərinə start verildi. Yollar genişləndirildi, gözəl binaların tikintisinə başlanıldı. Bu hələ görülən işlərin ilk mərhələsi idi. İcra hakimiyyəti qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail oldu. İndi Qaradağ geniş tikinti-quruculuq meydanına bənzəyir. Yeni infrastruktur layihələri həyata keçirilir, yollar genişləndirilərək asfalt döşənir, hasarlar milli memarlıq üslubunda yenilənir, küçələr, səkilər abadlaşdırılır, geniş tikinti işləri aparılır.

Qaradağda olduğumuz zaman söhbət etdiyimiz insanların yüksək əhval-ruhiyyəsi, işgüzar ovqatı, qurub-yaratmaq əzmi də diqqətimizi çəkdi.

İcra başçısı vəzifəsində işləmək elə də asan deyil. Bu ağır, məsuliyyətli işdir. Ancaq bu Sülüyman müəllim üçün elə də problem olmayıb. Cünki o, müxtəlif məsul vəzifələrdə çalışıb. Əlbəttə, hər bir rayonun özünəməxsus xüsusiyyətləri var. Düzü bəzi çətinliklər də mövcuddur. Məhz elə buna görə də Sülüyman müəllim ilk növbədə əhalinin problemlərini həll etmək, onların qayğıları ilə məşğul olmagı özünə əsas vəzifə bilib.

Söz düşəndə deyir ki, kadr təyinatı birbaşa cənab prezidentin səlahiyyətində olan məsələdir. Hər bir dövlət məmuru ilk növbədə ölkə prezidentinin etimadını doğrultmalıdır. Mən uzun müddət müxtəlif rayonlarda rəhbər vəzifələrdə çalışmışam. Daim ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olmuşam. Bu gün də özümü dövlət başçısı cənab İlham Əliyevin əsgəri hesab edirəm.

Bəli İcra Hakimiyyətinin başçıları yerlərdə prezidentin nümayəndəsi sayılırlar. Əgər İcra Hakimiyyətinin başçısı prezidentin siyasətini doğru yerinə yetirərsə, xalq da onu sevəcək. Ona görə də yerlərdə olan rəhbər işçilər məsuliyyətlərini anlamlıdırlar və hər kəs öz yerində müəyyən mənada prezident İlham Əliyev olmağı bacarmalıdır. Belə olduğu halda xalqla ölkə rəhbərliyi arasında hər zaman isti münasibətlər yaranar. Çünki onları prezident vəzifəyə ona görə təyin edib ki, onun etimadını doğrultsunlar, xalqa xidmət edək, insanların problemləri ilə məşğul olsunlar.

Deyirlər vəzifə insanı dəyişir. Onu lap cavanlıqdan tanıdıgımdan düşünmürəm ki, vəzifə onu dəyişdirsin. Əvvəldən necə olubsa, indi də elədir. Bu gün heç kim deyə bilməz ki, vəzifə ömürlükdür və mən nə istəyirəmsə, edə bilərəm. Dövlət başçısı cənab İlham Əliyev də çıxışlarında dəfələrlə vurğulayıb ki, vəzifə dövlət qulluqçularına, məmurlara imtiyaz üçün deyil, xalqa və dövlətə xidmət üçün verilib. Bu gün ona etimad göstərilib bu vəzifəyə layiq görülübsə, deməli üzərinə düşən məsuliyyət də vardır. Sabah ona desələr ki, siz artıq bu vəzifəni icra etməyəcəksiniz, inanın, bunu normal qarşılayar. Çünki o, vəzifənin ömürlük olmadığını özünə aşılamıgı bacaran insandır.

Məhz bunun nəticəsidir ki, rayon İcra Hakimiyyətində vətəndaşların rəsmi qəbul günlərindən əlavə, əhalimiz istədikləri vaxt öz problemləri ilə bağlı ona müraciət edə bilərlər. Belə müraciətlər az olmur. Əksəriyyəti də əraziyə köçüb gələn sakinlər tərəfindən olur. Bunlar da əsasən yeni iş yerlərinin yaradılması, həyətyanı torpaq sahəsi verilməsi ilə bağlıdır. Tam səmimiyyətlə demək olar ki, bütün müraciətlər imkan daxilində müsbət həll olunur.

Məhz icra başcısının təşəbbüsü ilə əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədi ilə mütəmadi olaraq vətəndaşlarla görüşlər, səyyar qəbullar keçirilir, onların təklif və qayğıları ətraflı öyrənilib həll edilir. Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin, əmək veteranlarının yüksək pensiya ayrılması, hər bir müraciətlərinin sözsüz yerinə yetirilməsi bu qayğının təzahürüdür.

İnsanları narahat edən ən böyük məsələ torpaqlarımızın işğaldan nə zaman azad olunmasıdır. Respublikamızda məskunlaşan məcburi köçkünlərin bütün problemlərini həll etməkdən ötrü mütləq torpaqlarımız işğaldan azad olunmalıdır. Bu gün bütün Qaradağ sakinləri inanırlar ki, Prezident cənab İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi istiqamətində yorulmadan apardığı siyasət, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu qətiyyətli mövqe, yeritdiyi müdrik və uzaqgörən siyasət uğurla nəticələnəcək, ata-baba yurdlarımız tezliklə düşmən tapdağından azad ediləcəkdir.

Sirr deyil ki, ölkədə işsizliklə bağlı problemlər var. Qaradağda əhalinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də bir sıra işlər görülür. Sosial məsələlərdən olan işsizliklə bağlı problemlər də ardıcıllıqla öz həllini tapmaqdadır. Əhalinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Sosial yardıma ehtiyacı olan insanlara qayğı, ünvanlı sosial yardımların ədalətlə müəyyənləşdirilməsi və sahiblərinə çatdırılması işi yüksək səviyyədə həyata keçirilir. Aztəminatlı ailələrin normal yaşamaları üçün sosial müavinətlərin artırılması üçün tədbirlər davamlı olaraq həyata keçirilir.

Ən vacib xidmət sahələri olan təhsil və səhiyyə işinin getdikcə təkmilləşdirilməsi davam etdirilir. Bu sahədə olan tədbirlərin demək olar ki, hamısı ardıcıllıqla öz həllini tapır. Ərazidəki bütün ümumtəhsil müəssisəsinin hamısı, tibb və mədəniyyət müəssisələrinin əksəriyyəti yenidən tikilmiş və ya əsaslı bərpa olunmuş binalarda yerləşir. Təhsilin ən müasir texniki vasitələrə keçirilməsini, təhsil sistemində müəyyən kadr dəyişikliyini, bu sahəyə nəzarətin artırılmasını nəzərə alsaq bu il yüzlərlə məzunun müxtəlif ali və orta ixtisas müəssisələrinə qəbul olunmasını uğur sayacagıq. Gənc nəsil bizim sabahımızdır, sabahımızın etibarlı əllərdə olması, sağlam, dünyagörüşlü nəslin yetişdirilməsi çox vacib məsələdir. Rayonda səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. İmtiyazlı xəstələrin dərmanlarla təchizatının yaxşılaşdırılması, tibb xidmətinin səviyyəsini yüksəltmək üçün tədbirlər davamlı olaraq həyata keçirilir.

Fikir veririsinizsə, son zamanlar mediada və sosial şəbəkələrdə bəzi məmurlar və onların övladları ilə bağlı xoşagəlməz məsələlər qabardılır. Dövlət məmuru xalqın xidmətçisidir. O çalışmalıdır ki, hər bir işi ilə vətəndaşa nümunə olsun. Məncə bu sualla ən tutarlı cavabı dövlət başçısı cənab İlham Əliyev verib. Əgər prezidentimiz deyirsə xalqın birinci xidmətçisi mənəm, bütün dövlət məmurları da belə işləməlidirlər. Hesab edirik ki, Prezidentin bu sözləri hər bir məmur üçün əsas prinsip olmalıdır.

Bəzən mediada az da olsa Sülüyman müəllimin də haqqında yoxlanılmamış məlumatlar yazırlar. Ancaq kimin nə yazması əsas deyil. Əsas olan odur ki, Prezident cənab İlham Əliyevin ardıcıl diqqət və qayğısı ilə Azərbaycanın hər yerində olduğu kimi Qaradağda da genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır. Qəsəbələr sürətlə inkişaf edir, yeni sosial obyektlər istifadəyə verilir, infrastruktur layihələr həyata keçirilir, müasir dizaynda yeni parklar, bağlar salınır, magistral yollarda və şəhərin prospekt və küçələrində milli arxitektura ənənələrinə uyğun istinad divarları hörülür, yaşıllıq zolaqları, təbii mənzərələri əks etdirən yol guşələri yaradılır. Bütün bunlar sakinlərin rahatlığı üçün edilir. Hər bir sakin bu işlərlə fəxr edib qürur hissi keçirir. Bu cür yazıların müəllifləri və onların arxasında duranlar isə bu məlum həqiqətə kölgə salmağa, ictimai rəydə çaşqınlıq yaratmağa çalışırlar. Ancaq yalan ayaq tutar, yeriməz deyib atalar.

...Bəli, Qaradağ sürətlə dəyişir, Uca Yaradanın bəxş etdiyi gözəllikləri insanlar daha da zənginləşdirirlər. Hər kəs bir daha əmin olur ki, gözəl yerdə gözəl yaşamaq insanın ən böyük rahatlığıdır. Elə dövlətimiz də bu gözəlliyi yaratmaq üçün heç bir qayğısını əsirgəmir.