backend

Eldar Sabiroğlunun halı pisləşdi - Sabiq YAP-çı deputat oğluna istənilən amansız cəzaya dözmədi (Son dəqiqə)

Eldar Sabiroğlunun halı pisləşdi - Sabiq YAP-çı deputat oğluna istənilən amansız cəzaya dözmədi (Son dəqiqə)

Bir neçə dəqiqə əvvəl sabiq YAP-çı deputat Eldar Sabiroğlunun sağlıq durumunda ciddi problem yaranıb

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısının sabiq müstəntiq Rüfət Səfərova ağır cəza-10 il azadlıqdan məhrumetmə cəzası istəməsi atası Eldar Sabiroğlunun səhhətinin kəskin pisləşməsinə səbəb olub. Belə ki, Masallı rayonundakı oteldə yerləşən Eldar Sabiroğlunun ürəyində ciddi problem yaranıb. Hazırda onun üstünə Təcili Tibbi Yardım çağrılıb.

Gununsesi.info-nun əməkdaşı orada olan vəkil Bəhruz Bayramovla əlaqə saxlayıb. Vəkilin sözlərinə görə, söhbət zamanı Eldar Sabiroğlunun halı pisləşib və yıxılıb: “Həkimlər hazırda onun başının üzərindədir. Yəqin ki, xəstəxanaya yerləşdirəcəklər”.

Qeyd edək ki, oğlu Rüfət Səfərovun bu gün keçirilən məhkəmə prosesində çıxış edən Eldar Sabiroğlu üzünü hakimə tutaraq, “20 il xidmət eləmişəm, əvəzində məni də asın” deyə etirazını ifadə edib.