backend

Arvadının rəfiqəsilə yatdı VƏ SONRA DA ŞANTAJ ETDİ - Zakatalada inanılmaz olay

Arvadının rəfiqəsilə yatdı VƏ SONRA DA ŞANTAJ ETDİ - Zakatalada inanılmaz olay

Zaqatala şəhər sakini, 1988-ci il təvəllüdlü Kənan Məmmədov həyat yoldaşının rəfiqəsi Samirə Sadıqova (zərərçəkmişin adı və soyadı şərti göstərilib) ilə arasında cinsi yaxınlıq münasibətləri yaranıb.

Kənan Məmmədov Samirə ilə olan bu münasibətini tanışı Ramazan Makarova deyib. Sonra Kənan Məmmədov Ramazan Makarovla birlikdə Samirədən hədə-qorxu yolu ilə pul tələb etmək barədə plan qurublar.

Şantaj planı

Onlar Samirə Sadıqovanın külli miqdarda əmlakını hədə-qorxu ilə ələ keçirmək məqsədi ilə razılığa gəliblər. Həmin niyyətlərini həyata keçirmək məqsədi ilə 2013-cü ilin dekabr ayında əvvəlcədən aralarında olan razılığa əsasən Kənan Məmmədov Samirə ilə cinsi yaxınlıq edib, Ramazan Makarov isə bunu telefon vasitəsi ilə çəkməli olub.

Yataqda yarıçılpaq tutuldular

Sonradan Kənan Məmmədov Samirə ilə qohumunun Zaqatala şəhəri, Ü.Sadıqov küçəsi, 45 ünvanında yerləşən evinə gəlib. Həmin vaxt Kənan Məmmədovla Samirə Sadıqova soyunaraq yatağa giriblər və cinsi əlaqədə olmağa başlayıblar. Bu zaman Ramazan Makarov otağa daxil olub və guya təsadüfən Samirə Sadıqovanı yarıçılpaq vəziyyətdə aşkar edib. Vəziyyətin belə yarandığını görən Samirə paltarlarını geyinmək istəyib.

Amma Ramazan Makarov özündə olan mobil telefonla Kənan Məmmədovla Samirə Sadıqovanın yarıçılpaq vəziyyətdə yataqda olduqları vəziyyətdə fotoşəkillərini çəkib.

Rusvayedici məlumtları yaymaq hədəsi

Daha sonra Ramazan Makarov guya özünü Kənan Məmmədovu tanımadığı şəxs kimi aparıb. Onların intim əlaqələri barədə Samirə Sadıqovanın ərinə və yaxın qohumlarına məlumat verəcəyini, çəkdiyi şəkilləri internet vasitəsi ilə yayımlayacağını bildirib.

10 min manat tələbi

Ramazan Makarov Samirə Sadıqovanın barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə ondan 10000 manat tələb edib. Samirə Sadıqova həmin pul məbləğini verməyə maddi imkanının olmadığını bildirib. Sonrakı günlərdə Ramazan Makarov Zaqatala rayonunun “Muğanlı dairəsi” adlanan ərazisində Samirə Sadıqovadan ilkin olaraq 500 manat alıb.

Həbs

Sonradan Ramazan Makarov və Kənan Məmmədov yenə də Samirə Sadıqovanı şantaj ediblər və pulun qalan hissəsini də verməsini tələb ediblər.

Amma həmin məbləğdə pulu verə bilməyən Samirə Sadıqova məcbur qalaraq polisə şikayət edib. Onun şikayəti əsasında 2014-cü ilin ortalarında hər iki təqsirləndirilən şəxs həbs edilib.

Kənan Məmmədov və Ramazan Makarov Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham edilib.


10 il cəza

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Onların şikayətləri araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri araşdırılıb. Hakim heyəti təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərini təmin etməyib.

Bu qərardan narazı qalan Kənan Məmmədov kasasiya şikayəti verib. Onun şikayətinə Ali Məhkəmədə, hakim İmran Haqıqayıbov baxıb. Hakimlər Kənan Məmmədovun kasasiya şikayətini də təmin etməyib.

Hacı Zeynalov,Teleqraf.com