backend

TƏCİLİ: Xəzərdə faciəvi hadisə: ölən var

TƏCİLİ: Xəzərdə faciəvi hadisə: ölən var

Xəzər dənizində bədbəxt hadisə baş verib. APA-nın məlumatına görə, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus qayıq aşıb. Nəticədə qayıqda olan şəxslərdən biri dənizdə boğulub. Həmin şəxsin SOCAR-ın podratçı təşkilatı Abşeron Qazma İdarəsinin əməkdaşı olduğu bildirilir. Hazırda onun axtarışları davam etdirilir.