backend

MÜXALİFƏTİN 11 SENTYABR MİTİNQİ : ANBAAN - VİDEO - FOTOLAR

MÜXALİFƏTİN 11 SENTYABR MİTİNQİ : ANBAAN - VİDEO - FOTOLAR
Əli Kərimlinin çıxışından sonra mitinqin qətnamsi elan edilib. Qətnamədə sentaybrın 26-na təyin edilən referendumun ləğv edilməsi, köklü siyasi-iqtisadi-sosial- hüquqi islahatların başlanması, bütün siyasi məhbusların qeyd-şərtsiz azad edilməsi, pensiyaların təcili artırılması istənilir.

18:51

“Polis, prokurorluğu cəza aparatına çeviriblər. Belə aparata, polis işgəncəsinə yox deyirik. Dünyanın hər yerində ədaləti məhkəmələrdə axtarırlar. Azərbaycan məhkəmələri isə adamları, pulu olanlara xidmət edir. Biz belə məhkəmə sisteminə yox deyirik. Şəhid ailələrinə, Qarabağ əlillərinə münasibət hamımıza bəllidir. Biz belə münasibətə yox deyirik”, Əli Kərimli bildirib. O, vurğulayıb ki, ilk növbədə referenduma yox deyilməlidir.

“Konstistusiya üçüncü dəfədir ki, bir nəfər üçün - İlham Əliyev üçün dəyişdirilir. 2002-ci ildə Konstitusiyanı dəyişdirdilər ki, İlham Əliyevin hakimiyyətə gəlməsini asanlaşdırsınlar. 2009-cu ildə dəyişdirdilər ki, İlham Əliyevin istədiyi qədər seçilməsinə imkan yaratsınlar. İndi də ona görə dəyişmək istəyirlər ki, ailə sülaləsini bərqərar etsinlər. Biz Azərbaycanda sülalə hakimiyyətinin davamlı olmasına, anarxiyaya imkan verməyəcəyik”.

MÜXALİFƏTİN 11 SENTYABR MİTİNQİ : ANBAAN - VİDEO - FOTOLAR

Əli Kərimli mitinq iştirakçılarına xitab edərək Milli Şuranın növbəti mitinqinin vaxtını da elan edib. Növbəti mitinq sentyabrın 17-nə, günorta saat 15:00-a təyin olunub.

MÜXALİFƏTİN 11 SENTYABR MİTİNQİ : ANBAAN - VİDEO - FOTOLAR

18:50

“Monarxiyaya yox, talana son” bizim ümumi şüarımızdır. Bizim yox dediyimiz başqa məsələlər də var. Büdcənin talan edilməsinə, dövlət ehtiyatlarının tükədliməsinə, neft pullarının oğurlanmasına yox deyirik. Bir tərəfdə səfalətə düçar etdikləri xalq var, digər tərəfdə Avropadakı muzeyləri təmir etdirən bir qrup harın var. Biz bu soyğunçuluğa, bu harınlığa yox deyirik”.

MÜXALİFƏTİN 11 SENTYABR MİTİNQİ : ANBAAN - VİDEO - FOTOLAR

AXCP sədri Əli Kərimli əlavə edib ki, bərbad vəziyytdə olan təhsil, səhiyyə sisteminə yox deyilməlidir: “Biz dövlət orqanlarımızın xalqa xidmət etməsini istəyirik. Xəstəxanaya yaxınını aparan qorxu içindədir. Biz sağlamlıq vermək əvəzinə qatilə çevrilmiş səhiyyə sisteminə yox deyirik. Bu gün ölkəin təhsil sistemi təhsilsizliyə xidmət edir. Biz balalarımızı təhsilsiz qoyan təhsil sisteminə yox deyirik”.

Növbəti aksiya sentyabrın 17-i saat 15.00-a təyin edildi.

18:38

“Bu mitinq yeni xalq hərəkatının başlanğıcıdır”

Əli Kərimli Əli Kərimli Bunu mitinqdəki çıxışında AXCP sədri Əli Kərimli deyib. “Mən burda müsavatçıları, REAL-çıları, NİDA-çıları, digər birliklərin təmsilçilərini görürəm. Bizim dərdimiz azadlıqdir, demokrtaiyadır, daha yaxşı ölkədir. Hökumət bizim aramıza nifaq salmağa çalışdı. Ancaq indi liberallarla millətçilər, dindarlarla ateistlər bu meydanda çiyin-çiyinədir. Çünki bizi birləşdirən fərdi maraqlar yox, azad, demokratik Azərbaycan amalıdır. Biz ki, bu yola addım atmışıq, yolu yarımçıq qoymağa haqqımız yoxdur”, Əli Kərimli vurğulayıb.

MÜXALİFƏTİN 11 SENTYABR MİTİNQİ : ANBAAN - VİDEO - FOTOLAR

AXCP sədri deyib ki, həbsdəki siyasi məhbuslar həmişə yada salınmalıdır: “Bu gün həbsxanalarda 100-dən artıq siyasi məhbus var. Bizim əvvəlki mitinqlərimizin əsas təşkilatçılarından, mənim müavinim Fuad Qəhrəmanlı həbsdədir. Başqa müavinlərim Seymur Həzi, Asif Yusifli həbsdədir. Məmməd İbrahim həbsdədir. Mətanətli İlkin Rüstəmzadə həbsdədir. REAL Hərəkatının rəhbəri İlqar Məmmədov uydurma ittihamlarla həbsdədir, Müsavat başqanının müavini Fərəc Kərimli, ləyaqətli dindarlarımız həbsdədir”, deyən AXCP sədri onların hamısına iştirakçılar adından salam göndərdiyini bildirib. azadliq.org