backend

Referendum həyəcanı: Qərbdən reaksiyalar başladı - DAHA CİDDİ


Ölkədə referendum həyəcanı yaşanır; Müxalifət icazəli mitinqlərə başlasa da, iqtidar təbliğat xarakterli kampaniya aparır...

Politika.Az xəbər verir ki, artıq referenduma beynəlxalq diqqət də artmağa başlayıb.
Referendum həyəcanı: Qərbdən reaksiyalar başladı - DAHA CİDDİ
Qərb təşkilatlarından, müxtəlif ölkələrin insan haqları komitələrindən reaksiyalar gəlməkdədir.

Avropa Parlamentinin sədr müavini Riçard Çarnetskinin rəhbərliyi ilə Avropa Mühafizəkarlar və Reformistlər İttifaqını təmsil edən nümayəndə heyəti bəyanat yayıb. Bəyanatda deyilir ki, Azərbaycanda referendumun təşkili beynəlxalq normalara uyğundur.

R. Çarnetski Azərbaycan hökumətinin Venesiya Komissiyası ilə Konstitusiya islahatları mövzusunda sıx əməkdaşlıq edəcəyinə ümid bəslədiyini bildirib:

“Bütün tərəflər və müxtəlif siyasi partiyaların liderləri, nəzərdə tutulmuş dəyişikliklərin qəbul ediləcəyi təqdirdə, demokratik iştirak və təmsilçiliyin artacağını, eləcə də dövlət administrasiyasının fəaliyyətinin daha səmərəli olacağını gözləyir.

Ölkədə mühit sabit və dinc, referendumqabağı vəziyyət sakitdir. 26 sentyabr referendumunun nəticələrinin Azərbaycan xalqının iradəsinin həqiqi və demokratik ifadəsi olacağına inanırıq”.
Qərbdən reaksiyalar başladı
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov isə deyib ki, Azərbaycan çox mühüm siyasi-hüquqi hadisə ərəfəsindədir.

Onun sözlərinə görə, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərdə insan hüquqlarının müdafiəsi, hüquqlardan sui-istifadəyə yol verilməməsi kimi məsələlər xüsusi yer tutur.