backend

KÜRDƏMİRİN İCRA BAŞCISI BARƏDƏ BİR NECƏ KƏLMƏ SÖZ...

KÜRDƏMİRİN İCRA BAŞCISI BARƏDƏ BİR NECƏ KƏLMƏ SÖZ...

Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Kürdəmir rayon İcra hakimiyyətinin başçısı CeyhunCəfərovdur.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

CEYHUN müəllim yüksək insanlığı ilə seçilən bir vətən daşı, bir icra başçısıdır!

Bu insan elə bil insanlara yaxşılıq etmək üçün dünyaya gəlib!

CEYHUN müəllim layiqli insanlara dəyər verməkdən zövq alır!

O, ona tapşırılmış bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!


Ceyhun Cəfərovun gərgin əməyi və zəhməti sayəsində KÜRDƏMİR sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı cənab Ceyhun Cəfərovun bu rayona başçı təyin olunduğu vaxtdan bəri, rayonun əksər sahələrində böyük canlanma, dinamik inkişaf hiss olunur.

Deyəsən, bəzi media orqanları böhtan yazmağı özləri üçün pis bir vərdişə çeviriblər. Görünür, kimlərsə, icra başçısı təyin olunandan bəri rayonda bir sıra uğurlu layihələrə imza atan Ceyhun Cəfərov barədə ağlına və ağzına gələni yazmağı “peşə borcu” sayırlar.

Belə əsassız məlumatlar yayanlar söz azadlığını "yalan və böhtan azadlığı" kimi başa düşürlər. Belələri unudurlar ki, belə cılız qarayaxmalar bütövlükdə KİV-ə inamı azaldır, mətbuatın ümumi nüfuzuna xələl gətirir.

Tam səmimi olaraq bildirirəm ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə demək istədiyimiz odur ki, əlinə qələm alan şəxs ilk öncə qələminə hörmət etməyi - dyzy dyz, əyrini əyri yazmagı bacarmalidir. Yoxsa...

Qaynarxett.az