backend

ÖLKƏDƏ NƏ BAŞ VERİR? - Şeyx də YAP kimi hakimiyyətə qarşı çıxdı - ŞOK TƏZAD

ÖLKƏDƏ NƏ BAŞ VERİR? - Şeyx də YAP kimi hakimiyyətə qarşı çıxdı - ŞOK TƏZADQafqaz Müsəlmanları İdarəsi (QMİ) də Yeni Azərbaycan Partiyası ilə eyni mövqedə dayandı; QMİ Bakı meri Hacıbala Abutalıbovun və mərkəzi hakimiyyətin mitinq siyasətinə qarşı çıxdı...

Politika.Az-ın xəbərinə görə, Şeyxin idarəsi referendum əleyhinə keçirilən mitinqlərə icazə verilməsini pisləyib.

Dini qurum ictimai-siyasi məsələyə münasibət bildirərək hakimiyyətin mitinqlərlə bağlı tutduğu kursu bəyənməyib.

Bu barədə QMİ bəyanat yayıb. Bundan daha əvvəl də YAP mitinqləri qeyri-qanuni adlandırıb.

YAP icraçı katibi Siyavuş Novruzov hesab edir ki referendumla bağlı təşəbbüs qupları yaradılmalı və təbliğat işi aparılmalıdır.

Ancaq mərkəzi hakimiyyət hakim partiyadan fərqli siyasət yürüdür. Müxalifətin bütün mitinqlərinə yer ayrılır. Hakim partiyaya isə QMİ də qoşulub və referendum ərəfəsində mitinqlərin keçirilməsini təxribat hesab edib.

Buna səbəb kimi aksiyalara din xadimlərinin cəlb edilməsini göstərib. Son illərdə dindarlar arasında müxalifətə yaxınlıq var. Əsasən də Əli Kərimli islamçı qanad yaratmağa hazırlaşır.

Politika.Az-ın məlumatına görə, Milli Şuranın mitinqlərində dini kəsimin də elektoratı iştirak edir. Aksiyalarda həbsdə olan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, Abgel Süleymanov, Nardaran hadisələrinə görə tutulan “Müsəlman Birliyi” hərəkatının lideri Hacı Tale Bağırzadənin fotoları qaldırılır. Bu da ciddi narahatlıq doğurub.

Bəyanatda deyilir ki, ölkə həyatında mühüm hadisə - referendum öncəsi bəzi siyasi qüvvələrin Azərbaycan Respublikasının Konstitusiyasına, “Siyasi partiyalar haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunlarına zidd olaraq, ölkədə mövcud sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə keçirdikləri aksiyalarına din xadimlərini cəlb etmək üçün dini şüarlarla çağırışlar etməsini dövlətçiliyə qarşı təxribat kimi qiymətləndirir.