backend

İC ÜZ: KREMİLDƏN BAKIYA XƏYANƏT - ".. Bütün Qafqaz partlayacaq”

İC ÜZ: KREMİLDƏN BAKIYA XƏYANƏT - ".. Bütün Qafqaz  partlayacaq”
Hazırki proseslər Ermənistanhakimiyyətində ciddi dəyişikliklərə gətirib çıxara bilər

Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki, Sərkisyan öz hakimiyyətini saxlamaq üçün son proseslərdən yararlanmağa çalışır.

Azərbaycan isə dünya ictimaiyyəti, BMT tərəfindən qəbul edilən qətnamələrə uyğun olaraq öz ərazilərində antiterror əməliyyatları apara bilər.

Ancaq Putinin NATO-su adlanan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistana jest olunması rəsmi Bakının siyasətinə təsir edə bilər.

Bu qurumun baş katibi postuna müdafiə naziri Seyran Ohanyanın gətirilməsi planı qüvvədədir.


Kreml erməni naziri KTMT baş katibliyinə təyin etməklə İrəvanda anti-Rusiya ritorikasını dəyişə bilər. Bu da öz növbəsində rəsmi Bakı ilə olan yaxınlaşmaya mənfi təsir edəcək.

Politika.Az xəbər verir ki, Ohanyan bu vəzifəyə təyin edilərsə, bu, heç də Azərbaycan üçün xoşagələn hal deyil.

Lakin KTMT-nin rəhbərliyi dəfələrlə bəyan edib ki, bu təşkilat Dağlıq Qarabağda hərbi münaqişəyə cəlb edilməyəcək. Bunun əsas səbəbi isə təbii ki, təmsil olunan dövlətlər arasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Qazaxıstan, Belarus və Qırğızıstanın olmasıdır.

Bu qurum isə müharibənin əleyhinə olduğunu bəyan etsə də, Kremlin dirijor çubuğu ilə idarə olunur. Moskvanın diktəsi ilə hərəkət edən təşkilata erməni naziri baş katib gətirilməsi ciddi bir jestdir və rəsmi Bakını narazı salacaq. Hətta bunu Azərbaycana xəyanət də adlandırmaq olar. Hələlik isə nəticəni gözləmək lazım gələcək.

Qeyd edək ki, bu ilin aprelindəki müharibədən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bildirmişdi: “Əgər yenə orada birbaşa qarşıdurma müşahidə edəcəyiksə, bu, bütün Qafqazı “partladacaq”.

Belə olan halda bir çox dövlətlər cəlb olunacaq, bütün Qafqaz xalqlarına təsir edəcək. Bu çox ciddi məsələdir. Hesab edirəm ki, bu gün orada sülh təmin olunmalıdır. Əks təqdirdə, Qafqazda böyük müharibə olacaq. Mən isə bunu istəmirəm”.