backend

TƏCİLİ - 200 min nəfərdən cox adam üsyanda: DƏRMANLAR DA BAHALAŞDI - Siyahı

TƏCİLİ - 200 min nəfərdən cox adam üsyanda: DƏRMANLAR DA BAHALAŞDI - Siyahı
Ölkənin dərman bazarında bahalaşma dalğası davam edir

Politika.Az-a verilən son xəbərə görə, apteklərdə şəkərli diabet xəstəliyindən əziyyət çəkən vətəndaşlara satılan pereparatların qiyməti artıb.

Hazırda ”Diaqamma turba” 4 manatdan 7 manata qalxıb. “Esensial” isə 10 manat 10 qəpik idisə, 10 manat 90 qəpik olub.

Eyni zamanda “Aktavegin”in qiymətində ağılasığmaz dərəədə bahalaşma qeydə alınıb. Əvvəllər 9 manata olan bu dərman indi 19 manatdan aşağı satılmır.
Prezidentin dərman bazarındakı fəlakətli vəziyyət haqda çıxışına və tapşırıqlarına baxmayaraq qiymətlərin qalxması öz işindədir.

Sadəcə, ucuz dərmanların qiymətində qismən ucuzlaşma qeydə alınıb ki bu da vətəndaşın cibinə ciddi təsir göstərmir. Amma yuxarıda adıçəkilən dərmanlara həm tələbat yüksəkdir, həm də qiyməti.

Məlumatda bildirilir ki, şəkərli diabetdən əziyyət çəkən vətəndaşlar apteklərdə üsyan edir. Onlar yeni tariflərlə tanış olduqda az qala aptek sahiblərini güllələsin.
Çünki bu xəstəliyin daşıyıcıları mütəmadi olaraq pəhriz saxlayır, müalicə alır və vaxtı-vaxtında dərmanlarını qəbul etməlidir.

Ölkə əhalisinin iqtisadi vəziyyəti getdikcə ağırlaşır və yoxsul şəkər xəstələri bu qiymətlə dərman ala bilmirlər.

Politika.Az-a daxil olan xəbərə görə, dərman firmaları yeni tarifləri dolların məzənnəsi ilə əlaqələndirir. Onların sözlərinə görə, xarici valyuta ilə alış-veriş edilir deyə qiymətlər qalxır.

Ancaq aptek sahibləri hesab edirlər ki, firmalar yalan danışır və vətəndaşlara qarşı soyğunçuluq edirlər.

Bunu süni qiymət artımı sayan aptek sahibləri firmaların ucbatından vətəndaşlarla qarşıdurma həddinə çatıb. Çünki vətəndşalar firmalara yox, apteklərə etiraz edirlər.

Hazırda Azərbaycanda 204 mindən çox şəxs şəkərli diabet xəstəsi kimi Respublika Endokrinoloji Mərkəzdə qeydiyyatdadır.

Bunu Respublika Endokrinoloji Mərkəzin direktoru Yusif İsmizadə deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 62 min nəfəri məhz Bakıda yaşayır.

Y.İsmizadə qeyd edib ki, şəkərli diabet xəstəliyinə tutulma halları hər il təxminən 15 faiz artımla yüksəlir. Bu artım Azərbaycanda da müşahidə olunur. Xəstələrin sayı artırsa, deməli, insulin pompasından istifadə edənlərin sayı da artır.

Xəstəliyin yaranma səbəbi müxtəlifdir. Əgər valideynlərdən hər ikisi şəkərli diabet xəstəsi olarsa, o zaman onların övladları da 50 faiz bu xəstəliyə meyilli olur.

Yalnız bir valideyndə olarsa, onda bu göstərici 20-30 faiz olar. İndi dərman firmalarının azı 204 min şəkərli xəstəni hansı çətinlik və məşəqqət qarşısında qoyduğu aydınlaşır.