backend

TƏCİLİ: Mikayıl Cabbarov yola salınır - Təhsil naziri Eldar Mahmudovla yaxınlığının güdazına gedir

TƏCİLİ: Mikayıl Cabbarov yola salınır - Təhsil naziri Eldar Mahmudovla yaxınlığının güdazına gedir

Referendumdan sonra hakim komandada ciddi dəyişikliklərin olacağı qaçılmazdır

Bu barədə hakimiyyət rəsmiləri də mediaya açıqlamarında bəyan edib. Gununsesi.info-ya yaxın zamanlarda hakimiyyət komandasında “vurulacaq” şəxslərdən birinin kimliyi bəlli olub. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, bu şəxs təhsil naziri Mikayıl Cabbarovdur. Nazirin komandadan uzaqlaşdırılmasının səbəb isə onun nazir təyinatında MTN rəhbəri Eldar Mahmudovun rolunun olmasıdır. Bildirilir ki, Mikayıl Cabbarovun nazir kimi təqdimatını siyasi rəhbərliyə sabiq MTN şefi edib. Eldar Mahmudovun “vurulmasından” sonra Mikayıl Cabbarov özü də işdən kənarlaşdırılacağını gözləsə də ölkə başçısı qərarını verməkdə tələsməyib.
Mikayıl Cabbarov yola salınır

TƏCİLİ: Mikayıl Cabbarov yola salınır - Təhsil naziri Eldar Mahmudovla yaxınlığının güdazına gedir
Məlumatda qeyd olunur ki, referendumun nəticələrinin Konstitusiya Məhkəməsində təsdiqlənməsindən bir neçə gün sonra təshil naziri də daxil olmaqla bir neçə nazir postu ilə vidalaşmalı olacaq. Bilik Günü ilə bağlı təmir olunmuş məktəblərin açılışına Mikayıl Cabbarovun buraxılmaması da buna əsas verir. Xatırladaq ki, paytaxtın bir neçə yerində məktəb açılışlarında ölkə rəhbərini Bakı meri hacıbala Abutalıbov müşaiyyət edib.

Mikayıl Cabbarovun nazir təyinatından sonra təhsil ictimaiyyətinin gözlədiyi müsbət yeniliklərin baş verməməsi də rəhbərliyin diqqətindən yayınmayıb. Təhsil ocaqlarında korrupsiya və rüşvət halları əvvəlki illərdəki kimi davam etməkdədir.