"Saatlıda cecki ab-havasi yox dərəcəsindədir" - REFERENDUM

Bolge 26-09-2016, 18:46
"Saatlıda cecki ab-havasi yox dərəcəsindədir" - REFERENDUM

Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişiklik üçün keçirilən referendumda baş verən qanun pozuntuları ilə bağlı Saatlı 62 saylı secki dairəsindən QAYNARXETT.AZ-a məlumat daxil olub. Jurnalist İlham Süleymanov bildirir ki, şəhərdə yerləşən məntəqələrdə müəyyən seçki aktivliyi gözə dəymir: "Səhər saat 9-dan şəhər 1,34,4,8,38,2 saylı məntəqələrdə oldum və müşahidə apardım. Məntəqələrdə İH tərəfindən təhkim olunmuş idarə və müəssisə rəhbərlərindən, məsul işcilərdən başqa hec kəs gözə dəymirdi. Məsələn, 1 saylı məntəqədə cəmi 4 cecici gəlmişdi - onlara da hərəyə 5 bülleten götyrmüşdülər. Məntəqə üzvləri özləri də acıq etiraf edirdilər ki, belə getsə onlar özlər gedib seciciləri maşınla məntəqəyə gətirməyə məcbur olacaqlar. 38 saylı məntəqədə isə səsverməyə gələn tək-tük secici isə Konstitusiyaya edilən dəyişikliklərdən xəbərləri olmadığını açıq etiraf edirdilər.

4 saylı seçki məntəqəsində komissiya üzvü səsvermə kabinasında seçicini başa salırdı. Məntəqədən çıxan seçiciyə Konstitusiyada hansı dəyişikliklərə səs verdiyini soruşdum: -Bilmirəm. Deyiblər ki, get səs ver, mən də verdim. Bəs nə edim?- dedi. Ümumiyyətlə, şəhərdə cecki ab-havasi yox dərəcəsindədir"


Referendumla bagiı məlumatlar burada yenilənəcək. BİZİ İZLƏYİN!
Oxunub: 929
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10