backend

Böyük anlaşma: neft dərhal bahalaşdı - ŞAD XƏBƏR

Böyük anlaşma: neft dərhal bahalaşdı - ŞAD XƏBƏR














Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC), neft hasilatının gündəlik 32,5 milyon barrel səviyyəsində dondurmaq barədə razılaşdığını bildirilib.

Qətərin Energetikan Naziri və OPEC Sədri Muhammed bin Salih es-Sade, təşkilatın paytaxt Əlcəzair görüşünün yekun iclasında qəbul olunan qərarlara dair məlumat verib.

"Marja" xəbər verir ki, neftin hasilat səviyyəsinə nəzarət etmək üçün yüksək səviyyəli bir komitə yaradılacağını bildirən Sade, "Üzv ölkələr hazırda 33,24 milyon barrel olan gündəlik neft hasilatının 32,5 milyon barrel səviyyəsində dondurulması üçün razılaşdı. İran, Nigeriya və Liviya, içində olduğu şərtlərdən dolayı bu qərardan uzaq tutulacaq". deyib.

OPEC tərkibində müsbət bir hava olduğunu və asanlıqla razılaşmanın əldə olunduğunu vurğulayan Sade, bunun tətbiq olunma müddətlərinin isə noyabr ayında keçiriləcək iclasda müəyyənləşəcəyini bildirib.

Əlcəzairin Energetika naziri Nureddin Butarfe də qeyri-rəsmi başlayan toplantının OPEC-in növbədənkənar iclasına çevrildiyini söyləyib.

Butarfe, sözügedən toplantını "tarixi bir görüş" kimi səciyyələndirib.

Bu qərar dərhal dünya bazarına öz təsirini göstərib və Brent neftin qiyməti 6%-ə yaxın artaraq 48,64 dollara çıxıb.

Qeyd edk ki, İraqın paytaxtı Bağdadda 14 Sentyabr 1960 tarixində keçirilən Bağdad Konfransı çərçivəsində yaradılan OPEC-in hazırda İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Liviya, Qətər, Əlcəzair, İndoneziya, Qabon, Ekvador və Anqola olmaqla 14 üzvü var.

Goldman: OPEC-in qərarı neft qiymətlərini 10 dollar artıra bilər

Dünyanın iri maliyə xidmətləri şirkəti olan Goldman Sachs Group Inc, OPEC-in neft istehsalını azaltmaq barədə verdiyi qərarının neft qiymətlərini 10 dollar/barel artıracağını açıqlayıb. "Marja" xəbər verir ki, Goldman, razılaşmaya OPEC-ə daxil olmayan istehsalçıların əməl edib-etməyəcəkləri naməlumdur.

Goldman Sachs-ın 28 Sentyabr tarixli hesabatında, "neft hasilatının gündəlik 32.5 milyon barelədək məhdudlaşdırılması böyük bir ehtimalla neft qiymətlərini dəstəkləyəcəkdir; Ən azından yaxın perspektivdə" ifadəsi yer alıb. Buna baxmayaraq bank, 2016-cı il və gələn il üçün qiymət proqnozlarını qoruyub.

Goldman-a görə, bazardakı qeyri-müəyyənlik gələcək aylarda da davam edəcək və sözügedən qərar, Noyabr iclasında rəsmi səviyyədə təsdiq olunsa belə, hasilat kvotası aşıla bilər.

Goldman analitiklərinin məruzəsində, "Qərar 2017-ci ilin ilk yarısında tətbiq olunarsa, digər hər şeyin sabit qalması vəziyyətində, bu gün açıqlanan hasilat kvotasının neft qiymətlərinə 7 dollar - 10 dollar arasında təsir edə bilər" deyə bildiriblər.