backend

Elman Rüstəmov bildiklərini gizlədərək xəyanət edib

Elman Rüstəmov bildiklərini gizlədərək xəyanət edib












"Elman Rüstəmov fikirlərini bölüşsəydi biz ən azı 6 il qabağa düşə bilərdik".

Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov öz şərhində deyib.

Əkrəm Həsənov bildirib ki, son zamanlar tez-tez belə fikir səslənir ki, cari iqtisadi böhran onunla bağlıdır ki, biz post-neft dövrünə 10-15 ildən sonra qədəm qoyacağımızı gözləyirdik: "Amma "biz" deyəndə bir nəfəri istisna etmək lazımdır: Belə ki, Mərkəzi Bankın sədri 2010-cu ildə Moskvada “Neft ixrac edən ölkələrdə makroiqtisadi siyasət və institusional inkişaf (Azərbaycanın misalında)” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyasında post-neft erasının 2011-ci ildən başlanacağı və görülməli olan tədbirlər haqda yazmışdı. Belə ki, o cümlədən belə yazıb: “təxmini 2011-ci ildə Azərbaycanda neft hasilatı pik nöqtəsinə çatacaq, bundan sonra azalacağı proqnozlaşdırırlır... Passiv siyasət sayəsində qeyri-neft sektoru neft sektorunun artma templərinin enməsini kompensasiya və büdcənin və tədiyə balansının dayanıqlığını təmin edə bilməz. Buna görə də iqtisadiyyatın total yenidən balanslaşdırılması zərurəti yaranır ki, bu zaman iqtisadi artım mənbələrinin dövlət sektorundan özəl sektora keçirilməsi tələb olunur. Birbaşa investisiyaların cəlb olunmas və təhsilin keyfiyyətinin artırılması bazasında iqtisadiyyatın diversifikasiyası və onun ixracının genişləndirilməsi üzrə tuşlanmış streategiyanın gerçəkləşdirilməsi tələb olunur”".

Ekspertin sözlərinə görə, faktiki olaraq, Elman Rüstəmov 6 il əvvəl hətta bu gün hələlik yalnız hazırlanan post-neft dövrünün iqtisadi inkişafı üzrə yol xəritəsinin də istiqamətlərini təklif etmişdi:" Kişi bilirdi də! Amma görəsən niyə bu qiymətli fikirlərini dövlət rəhbərliyi ilə də bölüşməmişdi? Bölüşsəydi, ən azı 6 il qabağa düşə bilərdik və böhrana da düşməzdik. Ən əsası isə onun dissertasiyasını oxuyan əcnəbilər bizə deməzlər ki, post-neft erası sizin üçün necə gözlənilməz oldu ki, baş bankiriniz bunu bilirdi və hətta təklifləri də var idi? Axı Siz niyə belə iş tutdunuz, Elman müəllim? Axı bunu xəyanət kimi də qiymətləndirmək olar! Vətənpərvər insan da qiymətli fikirlərini xalqdan və dövlətdən gizlədər?!" - deyə ekspert çoxlu suallar ünvanlayıb.