backend

İsmayıl Vəliyevin rəhbərliyi altında yerli inkişaf proqramı həyata keçirilir

İsmayıl Vəliyevin rəhbərliyi altında yerli inkişaf proqramı həyata keçirilir

İsmayıl Vəliyevin rəhbərliyi altında yerli inkişaf proqramı həyata keçirilir

İsmayıl Vəliyevin Neftçala rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğundan sonra keçən müddət ərzində bu materiallarda Neftçala rayonunun özündə, ətraf kənd və qəsəbələrdə, eləcə də eyni səlahiyyət dairəsinə aid olan bütün ərazi vahidlərində müşahidə olunan iqtisadi inkişaf, rifah yüksəlişi əhatəli şəkildə əks olunub. Davamlı olaraq Neftçalanın sosial-iqtisadi inkişafı üçün görülməsi vacib olan işlərin tam sürətlə və uğurla icra olunduğu barədə təfsilatlar da təqdim olunub. Neftçaladan aldığımız yeni məlumatlarda da bölgədə ictimai həyatın dinamik məcrada, quruculuq fəaliyyətinin müşayiəti ilə davam etdiyi vurğulanır. Bu gün Neftçalada yenə də əksər sahələrin fəaliyyətində böyük canlanma müşahidə olunmaqdadır.

Son illər ölkənin əksər rayonlarının sürətlə inkişaf etdiyi və abadlaşdığını görmək mümkündür. Bu sırada aparıcı yerlərdən birini Neftçala tutur. Qeyd edək ki, Neftçala son bir neçə ildə tikinti meydançasına çevrilib. Hər tərəfdən tikinti, abadlıq və quruculuq işlərinin aparılması isə camaatın ürəyincədir. Bundan əlavə rayonda sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması və digər bu kimi hallara da xüsusi diqqət yetirilir və önəm verilir. Bildirək ki, faktiki vəziyyətin yaranmasının başlıca səbəbkarı rayonun icra başçısı İsmayıl Vəliyevin gərgin əməyinin nəticəsidir. Belə ki, İsmayıl Vəliyev Neftçalaya rəhbər təyin olunan ilk gündən qollarını çırmayaraq, harada problem varsa, onun aradan qaldırılmasına başlayıb. Qısa müddətdə rayonun görkəminin dəyişdirilməsi, yeni parkaların salınması, küçələrin genişləndirilməsi və abadlaşmasını təmin edən icra başçısı, bununla kifayətlənmək fikrində deyil. Çünki Neftçalada görüləcək işlər çoxdur. Həm də Neftçalalılar üçün görüləcək işlər həddindən artıq çoxdur. İsmayıl Vəliyev əhaliylə xoş münasibəti, onların şikayətlərini dinləmək üçün həmişə can atması, onların ehtiramını saxlaması, problemlərini həll etmək üçün lazım olan bütün addımları atması hamı tərəfindən təqdir olunur, alqışlanır. Elə rayon sakinləri də yaranmış vəziyyətdən məmnundurlar. Onlar deyirlər ki, gözəlliyi, turizm zonası olması ilə ad çıxarmağa başlayıb. Onların sözlərinə görə, indi Neftçala şəhərinin, demək olar ki, hər bir guşəsi öz simasını dəyişir. 5-6 aydan sonra bu şəhərin tanınmaz dərəcədə dəyişəcəyinə əsla şübhə etmirlər. Qeyd edək ki, İsmayıl Vəliyev icra başçısı gələndən sonra bütün dövlət əhəmiyyətli binaların açılışı olub. Bütün parklar yenidən qurulub. Bütün yollar təmir olunub. Sonda onu da bildirək ki, hal hazırda Neftçalada yeni layihələrin reallaşdırılmasına, böyük işlərin görülməsinə, yeni-yeni abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə start verilib. İsmayıl Vəliyevin rəhbərliyi altında keçirilən bu işlərin yaxın aylarda özünün bəhrəsini verəcəyi isə şübhə doğurmur.

Bütün bunlar hörmətli İsmayıl Vəliyev cənablarının peşəkar, səriştəli ona göstərilən yüksək etimadı layiqincə doğruldan, etibarlı dövlət məmuru olmasınıın parlaq göstəricisidir.