Devalvasiya SOCAR benzinin “vurdu” - ÖZƏL

1 733

Devalvasiya SOCAR benzinin “vurdu” - ÖZƏL














Sürücülər SOCAR-ın yanacaqdoldurma məntəqələrindəki benzinin keyfiyyətindən şikayətlənir

Bu barədə Politika.Az-a məlumat verilib.

Onların sözlərinə görə, bununla bağlı Dövlət Neft Şirkətindən heç bir izahat verilmir. Sürücülərin əldə etdiyi xəbərə görə, benzinin keyfiyyətinin aşağı salınması devalvasiya ilə əlaqələndirilir.

Belə ki, SOCAR iqtisadi böhrana görə qənaət rejiminə keçib. Bu da benzinin keyfiyyətinə təsir edib. Sürücülər isə qeyd edirlər ki, dəfələrlə bu haqda şikayətlər ünvanlanıb. Ancaq heç bir dəyişiklik olunmayıb.

Onların dediyinə görə, SOCAR Gürcüstana kifayət qədər keyfiyyəti benzin satır: “Bunu da Gürcüstan hökuməti tələb edir. Tərəflər arasında sövdələşmə belədir ki benzinin keyfiyyətlisi ixrac olunsun.

Azərbaycan da Gürcüstanın öhdəliyini yerinə yetirir və standarta cavab verir. Gürcüstanda sürücülər çox nadir hallarda SOCAR-ın yanacaqdoldurma məntəqələrinə üz tutur.

Bir çox hallarda “Gult”, “Vessel” kimi yanacaqdoldurma məntəqələrinə gedirlər. Yəni, gürcü belədir, öz xalqının qədrini bilir, təmiz benzin tələb edir, ekologiyanın və sürücülərin cibini fikirləşir. Bizimkilər isə keyfiyyətiz benzini millətə sırıyır”.