backend

Polislə 30 homoseksual arasında dava - Bakıda görünməmiş hədisə

Polislə 30 homoseksual arasında dava - Bakıda görünməmiş hədisə











Oktyabrın 2-dən 3-nə keçən gecə, saat 2 radələrində Bakının mərkəzində yol qəzası baş verib.

Şahidlərin avtosfer.az-a verdiyi məlumata görə, Neftçilər prospekti ilə yüksək sürətlə hərəkət edən «Mitsubishi-Pajero» markalı avtomobil Muzey Mərkəzinin qarşısından Səməd Vurğun küçəsinə dönərkən qəza törədib. Avtomobil sürətlə hərəkət etdiyi üçün sürücü idarəetməni itirib və «Pajero» sağ tərəfdəki səkiyə çıxaraq oradakı dayanma-durmanı qadağan edən yol nişanını əzib, sonra isə reklam dirəyinə dəyərək dayanıb.

Şahidlərin sözlərinə görə, avtomobildən düşən şəxs cinsi azlığın nümayəndəsi olub. Hadisə yerinə gələn yol polisləri sərxoşluq müayinəsi üçün onu tibbi müayinəyə aparmaq istəyiblər. Lakin həmin şəxs polislərlə mübahisə edərək harasa zəng edib. Bir neçə dəqiqədən sonra hadisə yerinə bahalı avtomobillərlə 30-dan artıq cinsi azlıq nümayəndəsi gəlib. Onlar polislərlə mübahisə edərək qəza törədən homoseksualın harasa aparılmasına etiraz ediblər.

Məlumata görə, mübahisə zamanı vəziyyət qarışıb və qəza törədən cinsi azlıq nümayəndəsi hadisə yerindən yayına bilib. Onun avtomobili isə evakuatorla aparılıb. Qırılmış yol nişanı hazırda həmin ərazidədir.