backend

Quba icra başçısının pul atdığı adam aclığa başladı - müdhiş korupsiya

Quba icra başçısının pul atdığı adam aclığa başladı - müdhiş korupsiya


















“Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədovun mənə qarşı etdiyi qanunsuzluğa görə 03 oktyabr 2016-cı il tarixdən aclıq aksiyasına başlamışam”

Bunu Politika.Az-a şikayət məktubunda Ucarın 20 Yanvar küçəsi döngə 15 ev 17 sakini Qüddəsərov Xəyal Müşfiq oğlu yazıb.

Onun sözlərinə görə, Y.Məmmədov Ucarda icra başçısı vəzifəsində olan zaman göstərişi ilə Ucar rayon bələdiyyəsi tərəfindən ona 3 sot ölçüdə fərdi mənzil tikintisi üçün torpaq sahəsi satılıb.

“Dövlət rüsumu olaraq 1200 manat "Beynəlxalq Bank"-a ödədim qəbzi aldım.Bundan başqa alqı-satqı müqaviləsi, sığorta və növbəmi 1292-ci yerdən 1-ci etdiyi üçün məndən 3200 manat əlavə pul aldılar.
Həmin 3200 manat pulu icra başçısı Yaşar Məmədovun özü ilə Ağdaş rayonundan gətirdiyi sürücüsü Vüqar Əliyev və qohumu Ucar bələdiyyəsinin sədri Səhrab Kamilova vermişəm. Bunu təsdiq edən sübutlarımız var”,-deyə şikayətçi vurğulayıb.

X.Qüdəssərov bildirib ki, bələdiyyə sədri ona 11.12.2012-cı il tarixli Torpaqların Alqı-Satqısına dair akt verib:

“Getdim ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsindən torpağıma çıxarış alım mənə orada bildirdilər ki, bu torpaq sənə qanunsuz satılıb, bu alqı-satqı aktı tam saxtadır.
2007-ci il tarixdən qüvvəyə minmiş qanuna əsasən bələdiyyələr vətəndaşlara torpağı hərrac yolu ilə sata bilərlər.Bu torpaq isə dövlətin balansındadır.
Mən bu barədə dəfələrlə icra başçısı Yaşar Məmmədovun və bələdiyyə sədrinin qəbulunda olmuşam, hər dəfə mənə düzələr-düzələr deyərək məni başlarından etdilər.

İndi Yaşar Məmmədov Qubanın icra başçısıdır, Səhrab Kamilov isə Mənzil İstismar İdarəsində rəis müavinidir.

4700 manat pulumu alıb saxta akt verib məni aldadan icra başçısı Yaşar Məmmədovla sabiq bələdiyyə sədri Səhrab Kamilovun bu hərəkətləri cinayət əməlidir.
Bu cinayətdə keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsinin rəisi Rafiq Hacıyevində rolu var. Çünki oda bilərəkdən saxta akta imza edib öz möhrünü vurub.

İndi evsizəm, həyat yoldaşım atasının evində, mən isə küçələrdə qalıram.Himayəmdə iki azyaşlı uşağım var. Bu vəzifəli şəxslər tərəfindən aldanmasaydım indi yavaş-yavaş torpağımın üzərində bir otaqlı ev tikib yaşayardım ki, küçələrdə qalmazdım”.

Qarşı tərəfi dinləməyə hazırıq...