backend

Akif Çovdarovu belə apardılar - VİDEO

Akif Çovdarovu belə apardılar - VİDEO















Akif Çovdarovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb. Buna səbəb A.Çovdarovun vəkilinin məhkəmədən vaxt istəməsi olub.

Təqsirləndirilənlərdən Səlim Məmmədovun vəkili Cavid Rzazadə bildirib ki, o, vəsatətlə çıxış edib: "Təqsirləndirilən şəxslər hərbi qulluqçulardır. Onların barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Lakin onlar barəsində işə yalnız Bakı Hərbi Məhkəməsində baxılmalı idi. Biz düşünürük ki, bu, qanunsuzdur. Əgər həbs-qətimkan tədbiri Səbail Rayon Məhkəməsinin qərarı ilə seçilibsə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalı idi. İndi bu şəxslər Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs edilibsə, bu, qanunsuzdur. Bununla bağlı vəsatət vermişik. Vəsatət baxılmamış saxlanılıb".

Vəkil onu da qeyd edib ki, məhkəməyə mülki iddia ilə müraciət olunub. C.Rzazadə həmin iddianın Dövlət Təhlükəsizlik Xidməti tərəfindən edildiyini açıqlayıb.

A.Çovdarovun vəkili Kamandar Nəsibov məhkəmədən cinayət işi ilə tanış olmaq üçün vaxt istəyib.

Vəkil C.Rzazadə qeyd edib ki, A.Çovdarov səhhəti ilə bağlı çıxış edərək, cinayət işinin materialları ilə tanış ola bilmədiyini deyib.

Məhkəmə prosesi oktyabrın 19-na təxirə salınıb.

Qeyd edək ki, xüsusi mühafizə altında qorunan general Çovdarov aşağıda izlədiyiniz videogörüntüdəki xüsusi avtomobilin içindədir və o, saxlanıldığı təcridxanaya aparırlır.
///Musavat.com