backend

İstehsalçılara subsidiya veriləcək - Prezidentdən sərəncam

İstehsalçılara subsidiya veriləcək - Prezidentdən sərəncam











Azərbaycan Prezidenti İlham Əliyev ölkədə tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“1.1. emal müəssisələrinə satılmış quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilir;

1.2. bu Sərəncamın 1.1-ci bəndi ilə nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunub emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. emal müəssisələrinə satılmış quru və yaş tütünə görə tütün istehsalçılarına subsidiya verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərinə uyğun olaraq maliyyələşməni təmin etsin”.