backend

"Neftçi"yə elə bir qapıçı gəlir ki, "quş"ları dünyada məşhurdur - VİDEO

"Neftçi"yə elə bir qapıçı gəlir ki, "quş"ları dünyada məşhurdur - VİDEO











"Neftçi"yə baxışa gələcək oyunçulardan daha birinin qapıçı olacağını xəbər vermişdik. Həmçinin bildirmişdik ki, onun kimliyinin müəyyənləşdirilməsi üçün araşdırmalarımız davam edir.

Artıq həmin qapıçının kimliyini müəyyənləşdirə bilib.

Söhbət monteneqrolu qapıçı Boban Baykoviçdən gedir. 31 yaşlı qapıçını milliyətcə serb də adlandırmaq olar. Çünki bu futbolçu Monteneqroda doğulduğu Tsetinye şəhərinin "Lovçen" klubundan başqa, daha çox qonşu Serbiyada çıxış edib. O, "Srvena Zvezda"da çıxış etdiyi 10 il ərzində 100 matça çıxıb. Lakin bu 10 il ərzində Baykoviç "Yedinstvo", "Radniçki", "Rad", "Smederevo" və "Srem" klublarında icarə əsasında da oynayıb.

Onun sonuncu klubu Belçikada "Lyers" olub. Soyadına görə "Bayko" ləqəbi ilə tanınan qapıçı "Lyers"də 2014/15 mövsümündə kobud səhvləri ilə yadda qalıb. Nəticədə komandası aşağı dəstəyə düşüb, özü isə 1 ildən çoxdur ki, klubsuz qalıb. Çünki "Srvena Zvezda" və "Lyers"in "Şarlerua" ilə 0:6 hesablı yenilgisi zamanı bu qapıçı elə səhvlər buraxıb ki, heç bir klub ona yaxın durmaq istəməyib. Ölkəsində "Srvena Zvezda" ilə 1 çempionluq və 2 ölkə kubokunu qazansa da, bu qapıçı daha çox bədənindəki tatuları və səhvləri ilə tanınıb.

1 ildir futbolsuz qalan, Monteneqro xalq müğənnisi Qoqa Sekuliçin "Katastrofa" klipində rol almış ("Roman Qarsiya" rolunda - red.) katastrofik qapıçı Baykonun "Neftçi"yə xeyir verəcəyi bu üzdən heç inandırıcı görünmür. Biz sizə onun səhvini əks etdirən cəmi 3 videosunu və klipini təqdim edirik. Yəqin ki bu videolara baxdıqdan sonra siz də bu qənaətə gələcəksiniz. Özünüz görəcəksiniz ki, Boban Baykoviç "Neftçi"nin əvvəlki slovakiyalı qapıçısı Mixal Peşkoviç və indiki xorvatiyalı qolkiperi Krşevan Santinidən müsbət mənada heç nəyi ilə fərqlənmir, əksinə onlara "rəhmət" oxutduracaq qapıçıdır...









Qeyd edək ki, Bu gün eksklüziv olaraq latviyalı dayaq yarımmüdafiəçisi Aleksandr Fertovun da "Neftçi"yə baxışa gələcəyini bildirmişdi.