backend

Elman Rüstəmov iki obyektini qoruya bilmədi, xalq “ağ atlı oğlan” gözləyir

Elman Rüstəmov iki obyektini qoruya bilmədi, xalq “ağ atlı oğlan” gözləyir


















Əhali Mərkəzi Bank sədri Elman Rüstəmovdan nicat gözlədiyi məqamda baş bankir özünü belə böhrandan sığortalaya bilmir

AMB sədrinin ard-arda kommersiya obyektləri çökür.

Rüstəmova məxsus olduğu deyilən “Respublika” bankın dalınca broyler toyuq istehsalı ilə tanınan «Səba» ASC də iflas etdi. Şirkət 60 əməkdaşını ödənişsiz məzuniyyətə göndərib.

Bu, istehsal ziyanı ilə bağlıdır. Bundan başqa, işləyən əməkdaşların maaşı 40% azaldılıb.

Sentyabrda KİV «Səba» ASC-də gözlənilən ixtisarlar barədə yazmışdı. Amma o vaxt ASC rəhbəri Fuad Ələkbərov bu xəbəri fitnəkarlıq adlandırmışdı.

Göründüyü kimi, baş bankirə aid istehsalat müəssisəsi də böhrana təslim oldu. Əhali isə günbəgün çətinləşən vəziyyətlə bağlı “ağ atlı oğlan” gözləməkdədir.

Ancaq deyəsən, həmin şəxs E.Rüstəmov olmayacaq. Çünki baş bankir öz varidatını da böhrandan xilas edə bilmədi. Bundan başqa, AMB sədri sentyabrın 26-da “Bank Standard”da kəskin vəziyyətin aradan qaldırıldığını demişdi.

Cəmi 4 gün sonra MBNP Direktorlar Şurasının qərarı ilə həmin bankın lisenziyası ləğv edilib. Bütün bunlar E.Rüstəmovun vəziyyətini çılpaq şəkildə izah edir.

Hesabat əsasən, aş bamirə aid b“Bank Respublika”da ilin ilk rübündə işçilərin sayı dəyişməyib. II rübdə 18 nəfər Bankı tərk edib və işçilərin sayı 678-ə enib.

III rübdə 8 nəfər “Bank Respublika”ya işə qəbul olunub. Manatın təkrar devalvasiyasının baş verdiyi IV rübdə isə Bank 51 nəfəri işdən çıxarıb.