backend

Saxlanılan baş redaktor sərbəst buraxıldı - YENİLƏNİB

Saxlanılan baş redaktor sərbəst buraxıldı - YENİLƏNİB











“Gündəm Xəbər” qəzetinin rəhbəri Şirin Cəfəri həbs olunub.

Bu gün səhər saatlarında Ş.Çəfərinin evinə gələn polis əməkdaşları əvvəlcə onun evində axtarış keçiriblər. Bundan sonra əməliyatçılar Ş.Çəfərinin saxlanıldığını bildirib və onu özləri ilə aparıblar.

Ş.Çəfərinin xanımı ilə əlaqə saxlanıb. O, faktı təsdiq etsə də, yoldaşının hansı səbəbdən saxlanıldığı barədə məlumata malik olmadığını deyib: “Bizə heç nə demədilər. Evdə axtarış apardılar və sonra da Şirini apardılar. Hara apardıqlarını isə demədilər”. (Missiya.Az)

* * *

Bu gün "Gündəm xəbər" qəzetinin baş redaktoru Şirin Cəfəri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinə dəvət olunub.

Modern.az-ın xəbərinə görə, baş redaktor qəzetdə dərc olunan yazılardan birinə aydınlıq gətirilmək üçün çağırılıb. Daha sonra o sərbəst buraxılıb.