backend

Dünya bu görüntülərdən danışır - Qurbanların sayı 572 nəfərə çatıb VİDEO/FOTOLARDünya bu görüntülərdən danışır - Qurbanların sayı 572 nəfərə çatıb VİDEO/FOTOLAR

Dünya bu görüntülərdən danışır - Qurbanların sayı 572 nəfərə çatıb VİDEO/FOTOLARDünya bu görüntülərdən danışır - Qurbanların sayı 572 nəfərə çatıb VİDEO/FOTOLAR

Haitidə “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 572 nəfərə çatıb və hakimiyyət orqanları bu rəqəmin artacağını istisna etmirlər.
“Metyu” qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır.
Hazırda qasırğa ABŞ cənub-qərb sahillərinə doğru irəliləyir. Bununla əlaqədar dörd ştatda – Florida, Corciya və Cənubi və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət elan edilib.
Son məlumatlara görə, qasırğanın sürəti bir qədər azalaraq beş ballıq cədvəl üzrə üçüncü kateqoriyaya enib.
***
Atlantika okeanının şərq sahillərində baş verən “Mettyu” qasırğasının qurbanlarının sayı 340-a çatıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, qurbanlarının əksəriyyəti Haiti sakinləridir.
Qərb yarımkürəsinin ən kasıb ölkəsi olan Haiti güclü dağıntılara görə oktyabrın 9-na təyin edilmiş seçkiləri təxirə salıb.
Qasırğa Kubaya da zərər vurub. Kuba hakimiyyəti təhlükəli rayonlardan milyona yaxın sakinin təcili təxliyə edildiyini açıqlayıb.
ABŞ ərazisinə doğru sürətlə irəliləyən qasırğanın Florida ştatı üçün faciəli nəticələr yaradacağı istisna edilmir. Bu barədə ştatın qubernatoru Rik Skott xəbərdarlıq edib.
Qubernator bildirib ki, qasırğa ştatın şərq sahillərinə dağıdıcı təsir göstərə bilər. Ştatda məktəblər və hava limanları bağlanıb. Bəzi yanacaqdoldurma stansiyalarında benzin qurtarıb. Florida, Corciya və Cənub Karolina ştatlarında iki milyondan çox insanın məcburi təxliyəsi haqqında sərəncamlar verilib.
Floridanın cənub regionlarında 30 mindən çox insan işıqsız qalıb.
Meteoroloqlar qasırğanın sürətinin saatda 250 kilometrə çata biləcəyini istisna etmirlər. Bu beşinci kateqoriyaya uyğundur. Hazırda qasırğa dördüncü kateqoriyaya aiddir.
ABŞ ərazisinə irəliləyən qasırğanın peykdən çəkilən görüntüləri yayılıb. Çəkilişdə qasırğanın insanın kəllə skeletinə oxşaması insanlarda təşviş yaradıb.