backend

Saxlanılan "jurnalist": "Susma hüququmdan istifadə edirəm" - VİDEO

Saxlanılan "jurnalist": "Susma hüququmdan istifadə edirəm" - VİDEO

Özünü jurnalist kimi təqdim edən müdir müavini saxlanıldı. Şəkidə özlərini jurnalist kimi təqdim edərək dələduzluqla məşğul olan Gəncə şəhər sakinləri ilə bağlı Şəki polisi açıqlama verib.

"ARB Şəki" xəbər verir ki, məlumata görə, Şəki sakinləri olan Sərxan və Sarvan Rəsulov qardaşları polisə 3 nəfərin özünü polis və mətbuat işçisi kimi təqdim edərək onlardan pul tələb etmələri ilə bağlı şikayət edib. Polis şikayət əsasında dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıb. Keçirilmiş tədbirlər zamanı cinayət əməlini törədən Gəncə sakinləri saxlanılıblar.

Dindirilmə zamanı isə saxlanılan şəxs susma hüququndan istifadə edib, əməlindən peşman olduğunu bildirib. Saxlanılan şəxs: "Susma hüququmdan istifadə edirəm. Əməlimdən peşmanam".

Polisin məlumatına görə, saxlanılanlardan Hüseynov Hüseyn Gəncədə yerləşən 26 saylı orta məktəbdə təsərrüfat işləri üzrə müdir müavini vəzifəsində işləyir. Hazırda saxlanılan şəxslərin başqa cinayət əməllərinin törətməsində iştirakının olub-olmaması sahəsində istintaq əməliyyat tədbirləri davam etdirilir. Saxlanılanların qurbanı olmuş şəxslər polisə müraciət edə bilərlər.