backend

Türkiyə qan ağlayır: 18 ölü, 26 yaralı var - YENİLƏNİB

Türkiyə qan ağlayır: 18 ölü, 26 yaralı var - YENİLƏNİB











Türkiyə növbəti terror aktının qurbanı olub. Qaynarinfo.Az yerli mediaya istinadən xəbər verir ki, PKK terror təşkilatı Hakkarinin Şemdinli qəsəbəsinin 20 km məsafəsində yerləşən Durak Jandarma Şöbəsinə hədəfə alıb.

Terrorçular bomba yüklənmiş maşınla bölməyə hücum edib. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsindən verilən məlumata görə, 8 əsgər şəhid olub, 5-i yaralanıb. Yaralılar Şemdinli və Yüksekova Dövlət Xəstəxanasına yerləşdirilib.

Partlayış nəticəsində yerdə 5 metr dərinliyinlə, 10 metr genişliyində çuxur əmələ gəlib. Bölgədə genişmiqyaslı anti-terror əməliyyatları başlayıb.

***
Baş vermiş terror aktı nəticəsində şəhid olan və yaralanan əsgərlərin sayı artıb. Türkiyə Silahlı Qüvvələrindən verilən son açıqlamada bildirilir ki, xain hücum zamanı 9 əsgər şəhid olub, 11-i isə yaralanıb.

***
Hakkaridə baş verən terror aktı nəticəsində ölən və yaralananların sayı durmadan artır. Məlumata görə, terror hücumu zamanı 10 əsgər şəhid olub, 8 dinc sakin ölüb. Yaralıların sayı isə 26 nəfərdir. Bunlardan 10-u əsgər, 16-sı sivillərdir.