backend

Prezident İlham Əliyev Türkiyəyə getdi

Prezident İlham Əliyev Türkiyəyə getdi















Prezident İlham Əliyev Türkiyədə keçirilən XXIII dünya enerji konqresində iştirak etmək üçün bu ölkəyə səfər edib.

Bu barədə "Anadolu" agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, Atatürk adına Beynəlxalq Hava Limanında Azərbaycan prezidentini İstanbul qubernatoru Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıb.

Azərbaycan prezidenti bu gün Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüş işçi nahar çərçivəsində keçiriləcək.

Qeyd edək ki, sabah Türkiyənin İstanbul şəhərində dünya enerji sammiti öz işinə başlayacaq.

Dünyanın 80 ölkəsindən 50 ölkə başçısının, 54 baş nazirinin, ümumilikdə 266 dövlət rəsmisinin qatıldığı sammitdə TANAP, TAP və "Türk axını" kimi nəhəng layihələrin müzakirəsi keçiriləcək.

Beynəlxalq tədbirin açılışını oktyabrın 10-da Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və baş nazir Binəli Yıldırım edəcək.