backend

Azərbaycan iqtisadi fəlakətin tən ortasında - ÖLKƏ DAGILIR

Azərbaycan iqtisadi fəlakətin tən ortasında - ÖLKƏ DAGILIR

Azərbaycan iqtisadi fəlakətin tən ortasında çabalayır; Neft pullarının məmurlar tərəfindən talan edilməsi və orta təbəqənin ləğvi yenidən ölkəni 90-cı illərin yoxsulluq dövrünə qaytarır

Xalqı uçuruma yaxınlaşdıranlar hazırda üç istiqamətdə mürtəce addımların atılması ilə sonluğu sosial partlayışa gətirib çıxara bilər.

Bunlar - xaricdə təhsil alan tələbələrə dövlət yardımının dayandırılması, süni qiymət artımının davam etdirilməsi və ən nəhayət 1 milyon köçkünü olan dövlətdə qaçqınların çörək pulunun kəsilməsi...

Hər üç problemin dərinləşməsi xalqı nüvə halına gətirib çıxaracaq. Çünki aclıq və səfalətdən üsyanlar olur. Azərbaycan xalqı isə dövlətinə güvənir. Dövlət idarəçiliyində olan bəzi nazir-məmur qruplaşması bu güvəni öldürür və ölkəni ağır dövrəyə salır.

Reallıq budur ki qaçqınların pulu, tələbənin haqqı və bazarlardakı qiymət əsas prioritetlərdir.

Xalq kasıblaşır, köçkünlər, yurdundan didərgin düşmüş insanlar dövlətdən narazı salınır, ölkənin gələcəyi olan xarici təhsilli uşaqlar isə oxumaq əvəzinə təhsil haqqı üçün qara bazar işlərinə sürüklənir.

Bu vəziyyəti yaradan və qərarların verilməsində təsiri olan bəzi nazirlərdir. Onlar məqsədli şəkildə gərginlik yaradır.
Prezidentin məcburi köçkünlərə qayğısı, təhsilin inkişafına dəstəyi, süni qiymət artımına qarşı apardığı mübarizəyə rəğmən bu üç sahə üzrə təxribatçı qüvvələr planlı şəkildə pozuculuqla məşğuldur.

Bu gün ağır şəraitdə yaşayan köçkünlər var, onlara dolana bilmir, övladına məktəb paltarı almağa imkanı yoxdur, çörək pulu üçün müavinətə ehtiyacı var. Əgər belə olmasaydı narazılıq etməzdilər.

Eləcə də tələbələrin əksəri kasıb ailələrin övladlarıdır. Onlara dövlət dəstəyi olmasa bilikli nəsil yetişdirmək çətindir.

Prezident hər zaman həm qaçqınlara, həm tələbələrə dəstək olub. Ancaq görünür ki kimlərsə zəhərli işlər qurur. Dövlət başçısı süni qiymət artımına qarşı mübarizə də elan edib. Lakin məkrli məmurlar öz biznes maraqları naminə böhrandan zərərsiz çıxmağa çalışır./Politika.Az/