Məktəbliləri aparan avtobus qəzaya düşüb: 1 ölü, 11 yaralı - Sabirabadda faciə11 okt 2016 - 14:491 090 Sabirabad rayonunda məktəbliləri aparan avtobus yük maşını ilə toqquşub.“Report”un Aran bürosunun məlumatına görə, qəza zamanı bir şagird - 2005-ci il təvəllüdlü Həsənov Cavad Telman oğlu ölüb.Bundan başqa, beşi məktəbli olmaqla ümumilikdə 11 nəfər yaralanıb.Xəsarət alanların əksəriyyətinin adı məlumdur:9 yaşlı Ağamirzə Mehman oğlu Ağayev;11 yaşlı Mirzə Samir oğlu Niftiyev;12 yaşlı Vüsal Murad oğlu Əliyev;16 yaşlı Şəmsiyyə Qənibət qızı Həziyeva;17 yaşlı Rəhman Əziz oğlu Mirzəyev;36 yaşlı Aybaniz Bəxtiyar qızı Gülmməmmədova;36 yaşlı İlham Qənibət oğlu Hacıyev;52 yaşlı Vahid Bədirxan oğlu Balakişiyev.