backend

Xalq şairinin qızından atası ilə bağı tükürpədən SÖZLƏR

Xalq şairinin qızından atası ilə bağı tükürpədən SÖZLƏR











Xalq şairi Hüseyn Arifin qızı ATV-nin efirində atası ilə bağlı maraqlı faktlar açıqlayıb. Şairin qızı Zöhrə Hüseynzadə keçmişi vərəqləyib:

“1976-cı ildə yenicə ali məktəbi bitirən qardaşım Arif avtomobil qəzasında həlak oldu. Maşını sürən qohumumuz idi, qardaşımdan başqa hec kimin burnu da qanamamışdı. O faciədən sonra ailəmizin xoşbəxt günlərinə son qoyuldu. Arif Bakıda babamın məzarı yanında dəfn olunmuşdu, sonradan atam onun nəşini Ağstafaya anasının yanına aparıb dəfn elədi. Arifin məzarı üstündə heykəlini qoydurmuşdu, gedib, onunla təsəlli alırdı. Atam yaşamaq istəmirdi. O, ölümünü kodlaşdırmışdı. Bir dəfə Bakıdakı evimizdə oturmuşdum, atam evdə yox idi. Öz açarı ilə qapını açıb evə necə gəldisə xəbərim olmamışdı. Mən olan otağa boylanıb dedi ki, bu il öləcəm. Həmin il Ağstafaya getdi, altı ay çəkmədi ki, dünyasını dəyişdi”.