backend

Yasamalın başçısı ilə deputatı Alatavanı Suriyaya “çevirib”

Yasamalın başçısı ilə deputatı Alatavanı Suriyaya “çevirib”

















Bakının Yasamal rayon icra başçısı İbrahim Mehdiyevlə deputat Ülvi Quliyevin başı daha “ciddi” işlərə qarışıb

Redaksiyamıza-a şikayət edən rayonun Alatava-2 yaşayış massivi sakinlərinin sözlərinə görə, icra başçı ilə millət vəkilinin yolları bərbad vəziyyətdə olması ilə maraqlanmağa vaxtı “yoxdur”.

Sakinlər qeyd edirlər ki, qəsəbənin sözügedən yolları heç də Suriyanın döyüş gedən küçələrindən geri qalmır.

Küçələr, maşın yolları mina düşmüş əraziləri xatırladır. Üzdə qalan kanalizasiya borularının da tez-tez sıradan çıxması onsuz da pis vəziyyətdə olan küçələri üfunət qoxusu ilə bürüyüb.

Qəsəbə sakinləri bildirirlər ki, darısqal küçələrdə, üstəlik, çala-çuxur olan yollarda hərəkət etmək işgəncəyə çevrilib.
Ancaq nə icra başçısı İ.Mehdiyev, nə də rayonun bu ərazi üzrə deputatı Ü.Quliyev 2-ci Alatava adlanan yaşayış massivinə ayaq basıb. Kim bilir, bəlkə də onlar bu yaşayış massivinin yolunu tanımır.

Sakinlər qeyd edirlər ki, “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən 2-ci Alatava yaşayış massivinin yolları əsasən dik olduğundan yağış və qardan sonra problem daha da artır, yollar keçilməz olur.

Dəfələrdə aidiyyatı qurumlara müraciət edən sakinlərin səsinə səs verilmədiyi üçün yolları şəxsi imkanları hesabına qismən təmir ediblər.

Hətta sonuncu dəfə yağış yağdıqdan sonra yollar fəlakətə çevrilib. Sakinlər kustar üsullarla, daş-kərpiclə yolu “hamar” etməyə çalışıb.

Ü.Quliyevin millət vəkili kimi vəzifəsi seçicilərinin sosial problemlərini parlamentdə qaldırmaqdı: “Ancaq bu təmirlər də Yasamalın qar və yağışına ancaq bir mövsüm dözə bilib.

Lakin sakinləri təngə gətirən yol problemi sözügedən əraziyə məsul olan şəxslərin tükünü də tərpətmir.

Hətta icra başçısı İbrahim Mehdiyev rayonun 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabatında da Dadaş Bünyadzadə küçəsindən yan keçib.

Yasamal rayonu ərazisindəki yaşıllıqları qırdıran icra başçısının yadına illərdir asfalta möhtac qalan yolların təmiri üçün vəsait ayırmaq yadına düşməyib.

Qarşı tərəfi dinləməyə hazırıq.