backend

Ermənistanda Aşura mərasimi keçirilib - VİDEO

Ermənistanda Aşura mərasimi keçirilib - VİDEO












Ötən gün Ermənistan paytaxtı İrəvanda Aşura mərasimi keçirilib.

“Ponarama.am” xəbər verir ki, paytaxtda Göy məsciddə keçirilən mərasimə İran vətəndaşları qatılıb.

İranlılar Göy məscidin həyətinə toplaşaraq sinələrini döyüb və İmam Hüseynini və tərəfdarlarının qətlini yad edib.

Qeuyd edək ki, ötən ilin dekabr ayında Ermənistan hökumətinin bu gün qəbul etdiyi qərara əsasən İrəvanda Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Göy Məscid (1766-cı il) və onun ətrafında olan torpaq sahəsi Ermənistan Respublikasının mülkiyyəti elan olunub və Mədəniyyət Nazirliyinin səlahiyyətinə verilib.

Abidə özəlləşdirilməsi qadağan olunan tarixi və mədəni daşınmaz abidələr üzrə dövlət reystrinə daxil ediləcək.

Dövlət reystrindən keçdikdən sonra Ermənistan və İranın bu ölkədəki səfirliyi arasında müqavilə imzalanacaq və sənədə əsasən abidənin hüquqları 99 illiyinə İran İslam Respublikasına keçəcək.

Məscid binası mədəniyyət mərkəzi kimi istifadə ediləcək.(azvision.az )