backend

SON DƏQİQƏ: Ermənistanda ZƏLZƏLƏ - ALƏM BİR-BİRİNƏ QARIŞIB

SON DƏQİQƏ: Ermənistanda ZƏLZƏLƏ - ALƏM BİR-BİRİNƏ QARIŞIB

Ermənistanda ictimai-siyasi vəziyyət gərginləşib. Nazirlərdən sonra qubernatorlar arasında da kütləvi istefalar başlayıb.

“Aykakan Jamanak” qəzetinin məlumatına görə, bütün vilayət administrasiya rəhbərləri prezident iqamətgahına dəvət ediliblər. Danışıqların mövzusu qubernatorlardan bəzilərinin istefası olub. Onların arasında Ararat, Armavir, Lori vilayətlərinin rəhbərləri var. İstefaya göndərilənlərin yerini isə sabiq nazirlər tutacaq.
Syunik vilayətinin qubernatoru Surik Xaçatryan da vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə zavod direktoru Maksim Akopyan təyin olunub. Surik Xaçatryanın qızı mətbuata açıqlamasında S.Sarkisyan hakimiyyətini kəskin tənqid edərək deyib: “Artıq 20 ildir ki, bizi kəmsavad insanlar idarə edir. Onlar Syunikə savadsız rəhbər gətirməklə bu torpağı murdarlamağa çalışırlar”.
Syunik vilayətinin polis rəisi Vaxtanq Avakyan da işdən çıxarılıb. Ermənistan polisinin mətbuat xidməti rəisin istefaya göndərilməsi səbəbini açıqlamaqdan imtina edib.
İstefa verənlərdən biri də Serj Sarkisyanın parlamentdəki daimi nümayəndəsi, Prezident Aparatının sədr müavini Viktor Dallakyandır. O, siyasətə qoşulacağını bəyan edərək bildirib ki, onun, yaxud ailə üzvlərinin başına hər hansı hadisə gəlsə, buna görə Serj Sarkisyan məsuliyyət daşıyacaq. V.Dallakyan “Dönüş” partiyası yaradacağını da deyib. Partiyaya Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın sədrlik edəcəyi gözlənilir. Hakim Respublika partiyasında bunu mümkünsüz hesab etsələr də, S.Ohanyanla S.Sarkisyan arasında fikir ayrılığı yarandığı deyilir. O, hətta Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi və Milli Təhlükəsizlik Şurasının katibi vəzifələrindən imtina edib. (Azərtac)

Qeyd edək ki, Sarkisyandan Qarabağdakı mövcud vəziyyətin hesabatı istənilir. Ancaq Sarkisyan rejimi həm mövcud vəziyyəti, həm də məhv edilən erməni hərbçilərinin sayını gizlədir.

Erməni mənbələrdən əldə edilən məlumatara görə, artıq Sarkisyan rejimi birmənalı olaraq dalana dirənib. Sadə ermənilərə xoşbəxt gələcək vəd edən Sarkisyan rejimi nəticədə erməniləri bədbəxt gələcək bəxş edib.

Çarəsiz qalan Sarkisyan rejimi bundan yeganə çıxış yolu kimi Ermənistandan qaçması üçün yollar axtarır. Hətta sabah Sarkisyanın ölkədən qaçaşağını və xaricdən bəyanat verərək istefaya getdiyini bəyanlayacağı sensasiya dogurmur.

Qaynarxett.az