backend

DƏHŞƏT: Ana oğlu ilə birgə özünü 9-cu mərtəbədən atdı - FOTO

DƏHŞƏT: Ana oğlu ilə birgə özünü 9-cu mərtəbədən atdı - FOTO

Rusiyanın Omsk şəhərində faciəli hadisə baş verib.

33 yaşlı yerli sakin Anna P. özünü 9-cu mərtəbədən aşağı atıb. Ən dəhşətlisi isə qadının özünü atarkən oğlunu da özü ilə götürməsidir. Belə ki, Anna P. Həmin vaxt yuxuda olan 9 yaşlı oğlu Qlebi də qucağına götürüb. Daha sonra isə pəncərəyə yaxınlaşaraq özünü aşağı atıb. Nəticədə ana və oğlu ölüb.

İntihar etməzdən öncə qadın məktub yazıb. Burada o, intihar səbəbini şəxsi problemləri ilə əsaslandırıb. Polisdən verilən məlumata görə, qadın əri ilə boşanma ərəfəsində olub. Bundan əlavə, məhkəmə psixoloji xəstəliklərinə görə onu analıq hüquqlarından məhrum edib.

QAYNARXETT.AZ

DƏHŞƏT: Ana oğlu ilə birgə özünü 9-cu mərtəbədən atdı - FOTO