backend

ARİZ KIŞİNIN “LAVAZZA”sı - Sabuncunun tən ortasında FAHİŞƏXANA

ARİZ KIŞİNIN “LAVAZZA”sı - Sabuncunun tən ortasında FAHİŞƏXANA

“LAVAZZA” adı ilə məşhur olan ünvan, bu gün Sabunçu rayonunda ən “xod” gedən əxlaqsızlıq ünvanlarından biri hesab olunur. Bu belə olduğu halda, görəsən Ariz kişiyə niyə “qaşın üstə qara var” deyilmir?

Əslində bu sual olduqca düşündürücü, hər kəsin diqqətini cəlb edən bir sualdır. Çünki, bu sual kimlərinsə adı ətrafında hansısa ictimai fikrin formalaşmasına səbəb olur, kimlərinsə ictimai qınağa tuş gəldiyini hər kəsə bəyan edir, kimlərin mövcud qanunvericiliyimizi saya salmadığını ortaya qoyur və s, vəilaxır.

Onu da qeyd edək ki, milli-mənəvi əxlaq məsələsi hər zaman xalqımız üçün müqəddəs sayılıb, onun qorunub yaşadılması və gələcək nəsllərə ötürülməsi isə, əsas amalımız olub. Bəs bu gün nələr baş verir ki, milli-mənəvi əxlaq məsələsi yenidən gündəmə gəlir, daha çox ictimai müzakirələrə səbəb olan mövzulardan birinə də çevrilir. Əslində bunu zəruri edən səbəblər olduqca çoxdur. Bunlardan biri də, kimlərinsə var-dövlət qazanmaq istəyi ilə yaşamasıdır. Məsələn, bir neçə gün bundan əvvəl informasiya mərkəzimizi məlumatlandıran mənbə bildirdi ki, Sabunçuda “Lavazza” adı ilə tanınan kafe fəaliyyət göstərir. Əldə etdiyimiz məlumatlara görə, həmin kafe yeməkxana adı altında fəaliyyət göstərsə də, əslində ən böyük əxlaqsızlıq ünvanlarından biri olaraq fəaliyyət göstərməkdədir.

Məlumatlı mənbə bildirir ki, fəaliyyəti daha çox axşam saatlarına təsadüf edən “Lavazza” kafesi, bu gün elə bir təminolunmalarla təmin olunub ki, həmin ünvanda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarını həyata keçirmək mümkündür. Kafe bir neçə fərqli otaqlardan ibarətdir. Otaqlar yemək yemək, çay içmək və.s üçün nəzərdə tutulsa da, həmin otaqlardan fərqli məqsədlər üçün, yəni qadınlarla görüş üçün istifadə olunur. Mənbə bildirir ki, qadınla görüşə gedən hər kəs, sadəcə olaraq hansı otağa daxil olarsa, əvvəlcədən müəyyən edilmiş “rüsum”u ödəməyə məcbur edilirlər.

Bütün bunlar yerli mənbə tərəfindən informasiya mərkəzimizə çatdırılan məlumatlardır ki, bununla da biz əksər mətləblərdən xəbərdar ola bilirik. Məlumatlı olduğumuz xəbərlərdən biri də odur ki, həmin kafe sırf Ariz adlı şəxsə məxsusdur. Və o da, sahiblik etdiyi kafenin adi kafe kimi fəaliyyət göstərməsindən daha çox, qadınların cinsi istismarına şərait yaradan bir ünvana çevirib. Başlıca məqsədi, var-dövlət qazanmaq istəyinə düşdüyü üçün belə bir yolu seçib.

Diqqəti cəlb edən hallardan biri də odur ki, “Lavazza” adı ilə məşhurlaşan bu ünvanda, bir ədəd olsun belə kassa aparatı yoxdur. Belə bir halın varlığı da, kafe sahibinə vergidən yayınmaq üçün əməlli-başlıca imkanlar açır. Kafedə təmizliyin göstəricisi, yəni gigiyenik qaydalara əməl olunma da, tələb olunan normalara cavab vermir. Cəmi bir neçə nəfərlə fəaliyyətini davam etdirən kafedə, əmək müqaviləsinin olub-olmamasından söhbət gedə bilməz.

Ümumiyyətlə “Lavazza” kafesi adı ilə məşhur olan ünvan, bu gün Sabunçuda ən “xod” gedən əxlaqsızlıq ünvanlarından biri hesab olunur. Bu belə olduğu halda, görəsən Ariz kişiyə niyə “qaşın üstə qara var” deyilmir? Bax bu sualın varlığı, bu gün də bizi düşündürməkdədir. Maraqlı hal odur ki, sıravi bir vətəndaş hansısa qanunsuzluğa qol qoyarsa, dərhal hüquq-mühafizə orqanı əməkdaşları tərfindən aşkarlanır və lazımınca da cəzalandırılır. Amma, yerli hüquq-mühafizə orqanı əməkdaşlarının gözü qarşısında, Ariz adlı şəxsin sahiblik etdiyi kafedə minbir hoqqalara qol qoyulur, bir kimsə danışmır, bir kimsə dinmir, bir kimsə də onun əməllərinin qarşısını almaq üçün əməli addımlarını atmır. Deməli torbada “qara pişik”, başqa-başqa əmmalar, kimlərinsə də bilmədiyi həqiqətlər var.

Diqqətiçəkən məqamlardan biri də ondan ibarətdir ki, ölkə rəhbərinin hələ 06 fevral 2009-cu il tarixli 133 sərəncamı ilə “İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” (2009-2013 illər üçün) ilə əlaqədar Prezident Administrasiyasına, aparılan mübarizənin nəticəsi ilə bağlı geniş hesabat təqdim olunmuşdur. Və 2014-2018 illəri əhatə edən, yəni qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınması istiqamətində, yeni “Milli Fəaliyyət Planı” da imzalamışdır. Qəbul olunmuş “Milli Fəaliyyət Planı”nda insan alverinin səbəbləri, ona şəraitin yaradılması, hallarının müəyyən edilməsi və aradan qaldırılması, insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reablitasiyasının həyata keçirilməsi nəzərdə tutulur. Bütün bunlar qəbul olunmuş sənəddə öz əksini tapsa da, nədənsə Ariz kişinin sahiblik etdiyi kafedə və yerli hüquq-mühafizə orqanı əməkdaşlarının əməllərində, irəli sürülən tələblərə əməl olunmadığı görünür. Bu belə olduğu halda səbəb nədir ki, ortada müvafiq sərəncam və onun prinsipləri olsa da, Ariz adlı şəxs nə sərəncamı sayır, nə də ki, onun prinsiplərini qəbul edir. Axı, hər kəs qanuna, onun aliliyinə hörmət etməli, necə deyərlər şərəfli vətəndaş borcunu yerinə yetirməlidir. Görəsən sahiblik etdiyi kafedə qadınların cinsi istismarına şərait yaratmaqla, vergidən yayınmaqla, gigiyenik qaydalara əməl etməməklə, işçilərlə əmək müqaviləsi bağlamamaqla, daha çox isə milli-mənəvi əxlaqımızı tapdaq altına atmaqla, Ariz kişinin yerinə yetirdiyi “şərəfli vətəndaş” borcu budurmu? Bax, bu haqda düşünmək, belə bir olaylar haqda götür-qoy etmək lazımdır ki, Ariz kişinin qol qoyduğu əməllərdən xəbər tutmaq mümkün olsun.

Növbəti açıqlamamız Ariz kişinin qol qoyduğu başqa-başqa əməllərdən, hansı ki, bu günədək ictimaiyyətə bəlli olmayan qaranlıq məqamlarından bəhs edəcək.

Araşdırmamız davam edir. Odur ki, bizi izləməyi unutmayın.