backend

Bakıda sürücü infarkt keçirdi və tanınmış maliyyəçini öldürdü

Bakıda sürücü infarkt keçirdi və tanınmış maliyyəçini öldürdü











Yasamal rayonunda Mətbuat prospektində ölümlə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

1news.az-ınverdiyi xəbərə görə, "KİA Sportage" markalı avtomobili idarə edən sürücü Fərman Məhərrəmov avtomobili idarə edərkən infark keçirib və dünyasını dəyişib. Nəticədə nəzarətdən çıxan avtomobil səkiyə çıxaraq 53 yaşlı piyada Fariz Abbasova ağır xəsarət yetirib. Zərərçəkən xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı polis istintaq hərəkətlərinə başlayıb.

Qeyd edək ki, Fariz Abbasov bank və sığorta sektorunda çalışmış tanınmış mütəxəssis idi.