backend

Qəbələni sel basdı: məşhur otelə ciddi ziyan dəydi - VİDEO

Qəbələni sel basdı: məşhur otelə ciddi ziyan dəydi - VİDEO














Qəbələyə yağan şiddətli yağışlar nəticəsində şəhərin şimal hissəsini, eləcə də dağətəyi əraziləri sel basıb.

ARB Şəki xəbər verir ki, güclü leysan bir sıra fəsadlar yaradıb. Qəbələdə leysan yağışları nəticəsində “Qafqaz Resort Hotel”i sel basıb. Otelin işçiləri və qonaqlar təxliyyə olunub. İşçi heyətinə qeyri-müəyyən vaxta qədər işə gəlməmələri bildirilib.

Selin gətiridiyi gil və çınqıl yolları tanınmaz hala salıb, hasarlar dağılıb. Sel nəticəsində otellərdən birinin həyatyanı sahəsinə də ciddi ziyan dəyib və 5 kotec yararsız hala düşüb. Yollarda hazırda ağır texnikanın köməkliyi ilə fəsadların aradan qaldırılması işləri aparılır, ərazi sel sularının gətirdiyi tullantılardan təmizlənir.

Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər gedir. Artıq komissiya da yaradılıb və dəymiş ziyanın miqdarı müəyyənləşdirilir.

Otelin işçiləri və qonaqlar təxliyyə olunub.

İşçi heyətinə qeyri-müəyyən vaxta qədər işə gəlməmələri bildirilib.


"http://daytube.az/az/embed/36116"