backend

279 nömrəli orta məktəbin direktoru Oktay Səmədov «yenilik» edib - NAZIR SUSUR

279 nömrəli orta məktəbin direktoru Oktay Səmədov  «yenilik» edib - NAZIR SUSUR

279 nömrəli orta məktəbin direktoru Oktay Səmədov 1-ci sinifə qəbulda «yenilik» edib

Mikayıl Cabbarov təhsil naziri vəzifəsinə təyin ediləndən sonra bu sahədə bir sıra dəyişikliklərə imza atdı. Bunlardan biri də 1-ci sinifə qəbulla bağlıdır. Belə ki, məktəb direktorları övladı 1-ci sinifə gedəcək valideynlərdən mütləq rüşvət almalı idilər. Nazir dəyişəndən sonra isə təhsilin bu sahəsi elektronlaşdırıldı. Ki, rüşvət halları aradan qaldırılsın. Amma hələ də bir sıra neqativ hallar qalmaqdadır. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 279 nömrəli orta məktəbdə də 1-ci sinifə qəbul məsələsi direktorun əməlli-başlı qazanc mənbəyinə çevrilib. Mətləbə keçməmişdən öncə qısaca qeyd etmək istəyirik ki, məktəb 1987-ci ildə birtipli lahiyə əsasında tikilib. Layihəyə əsasən şagird tutumu 1170 yerlikdir. Şagirdlərin təlim - tərbiyəsi ilə 109 müəllim məşğul olur. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, təlim-tərbiyə prosesinin aşağı səviyyədə olduğu məktəbdə 1-ci sinifə qəbul direktor Oktay Səmədovun təyin etdiyi «qaydalar» əsasında aparılır:(gundelik-baku)«Valideynlərdən şirinlik adı altında 300-400 manat pul istənilir. Əks təqdirdə, onlara məktəbdə boş yerin olmadığı bildirilir. Valideynlərin əksəriyyəti məcburiyyət qarşısında qalıb direktorun istədiyini verirlər. Oktay müəllimin bu məsələdə daha bir özbaşınalığı xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlıdır. O xüsusi istedadlı uşaq adı altında məktəbə yaşı düşməyən bəzi uşaqları nəyinsə müqabilində məktəbə qəbul edir. Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin əməkdaşları gəlib bu faktı araşdıra bilərlər».

Qeyd olunan məsələ ilə bağlı direktorun münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı. Ümid edirik ki, nazirliyin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi yazılanları tezliklə araşdırıb direktorun barəsində ölçü götürəcəklər.