backend

Qiymətlər yenidən bahalaşacaq - Ekspert

Qiymətlər yenidən bahalaşacaq - Ekspert










"Qiymətlərin bahalaşmasının yeni mərhələsi başlayır".

Bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

Ekspertin fikrincə, qeyri-sabit və yağıntılı hava şəraiti kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışının həyata keçirilməsində çətinliklər yaradır: "Nəticədə meyvə və tərəvəzin topdan və pərakəndə satış qiymətləri əhəmiyyətli dərəcədə bahalaşmaqdadır. Bahalalaşan mallar arasında yüksək qiymət artımları xüsusilə də bostan və tərəvəz məhsullarında, konkret olaraq pomidor, xiyar, badımcan, göy lobya, kartof, kök, çuğundur, sarımsaq,eləcə də göyərti, meyvələrdən isə üzüm, armud, mandarin, şaftalı da müşahidə olunur".

Qubad İbadoğlunun sözlərinə görə, son günlər fəallaşan mövsümi amillər istehlak qiymətləri indeksinə artırıcı təsir göstərərək, bu il üçün xarakterik olan iki rəqəmli inflyasiyasını geri dönməz edir: "Məlumat üçün qeyd edək ki, 2016-cı ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,2 faiz bahalaşıb".