backend

İlham Əliyevin bir cıxışı ölkəni silkələdi - KORRUPSİONER MƏMURLAR TƏŞVİŞ İCİNDƏ!!!

İlham Əliyevin bir cıxışı ölkəni silkələdi - KORRUPSİONER MƏMURLAR TƏŞVİŞ İCİNDƏ!!!

“Azərbaycanda idarəçilik sahəsində ciddi islahatlar aparılır. Xoşagəlməz hallarla ciddi mübarizə gedir. Bu sahədə görülən tədbirlər ciddi nəticələr verir.

Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır. Bu istiqamətdə də institusional tədbirlərin görülməsi öz gözəl nəticəsini verməkdədir.

Politika.Az-ın Analitik Şöbəsinin yaydığı məlumata görə, bunu prezident İlham Əliyev deyib.


Dövlət başçısının bu mesajı rüşvətxor əməllərindən çəkinməyən məmurlara yönəlik idi. Ölkə başçısı demək istəyirdi ki, bundan sonra da bürokratiyaya, inhisarçılığa, vəzifədən sui-istifadəyə, mənimsəmələrə qarşı mübarizə aparılacaq.

Referendumdan sonra korrupsiya barədə dövlət rəhbərinin ilk çıxışıdır ki, kifayət qədər cəlbedicidir. Prezident komandasında təmizləmələr olacağı haqda yayılan xəbərlərin fonunda bu bəyanat yetərincə önəmlidir.

Xalqın qanına susamış bəzi nazirlər üçün ölümcül zərbə olan bu açıqlama heç də hakim partiyadan yaxud iqtidara yaxın deputatdan gəlməyib. Prezidentin mesajı hakimiyyətdə talançılıq və korrupsiya ilə məşğul olan nazirlərə ünvanlanıb.

Ölkə başçısının verdiyi fərmanlar, keçirdiyi görüşlərdə qeyri-neft sektorunun inkişafına yönəlik addımlar, məmurların bürokratiya və monopoliya sistemini məhdudlaşdıran qərarlar da göstərir ki iqtisadi böhranla əlaqədar yeni çıxış yolları axtarılır.

İlham Əliyevin islahatlar mexanizmi 2011-ci ildən işlək vəziyyətdədir. Üstəgəl, kadr islahatları həm də həmin sahədə idarəetmənin dəyişməsi ilə müşayiət olunurdu.

Yəni, prezidentin qərarları özünü doğruldur. Referendumdan sonra olacaq islahatların da ciddi dəyişikliklərlə nəticələnəcəyi şübhəsizdir.