backend

1 saylı Bakı Tibb Kollecinin səmərəli fəaliyyəti təqdirəlayiqdir

1 saylı Bakı Tibb Kollecinin səmərəli fəaliyyəti təqdirəlayiqdirAzərbaycanda xalqın saglamlıgı istiqamətində əvəzedilməz rolu olan, xalqın təfəkküründə bu gün də 1 nömrəli Bakı Tibb Məktəb kimi yaşayan, vətənə on minlərlə layiqli kadrlar verən 1 nömrəli Bakı Tibb Kolleci hər zaman öz şöhrətinin zirvəsində dayanaraq tibb təhsil islahatlarını uğurla tətbiq edən yüksək səviyyəli tibb ocagıdır. Qocaman tibb ocağı fəaliyyət göstərdiyi illər ərzində on minlərlə orta təhsilli tibb işcisi yetişdirib. Kollec bu gün də öz tarixi missiyasını uğurla həyata keçirərək ölkənin ümumtəhsil məktəbləri üçün müasir təhsil texnologiyalarına yiyələnmiş orta tətsilli tibb işciləri hazırlayır.

2010-cu il 16 iyun tarixindən məktəb kollec adlandırılır. Bakı 1 nömrəli Baza Tibb Kolleci hüquqi formasına görə dövlət orta ixtisas təhsilli kollecdir. Onun təsisçisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyidir.

Kollecə Nəriman Mövsümov rəhbərlik edir . İş görmək potensialını ortaya qoya bilən, barmaqla sayılacaq insanlardanda biri də Nəriman müəllimdir. Bu illərdə Nəriman müəllim özünü tibbi pedaqoji aləmdə bacarıqlı və işgüzar tibbi təhsil işçisi kimi göstərmiş,vəzifəsinin icrasında təlim prosesinin təşkili və maddi-texniki bazanın genişləndirilməsinə xüsusi diqqət yetirmişdir. Rəhbərlik etdiyi tədris müəssisəsində təlim prosesinin təşkilində müntəzəm olaraq yenilikçi ideyaların tətbiqi ilə seçilmişdir.
Yeni tədris metodlarının hazırlanması, eksperimentlərin, təcrübələrin keçirilməsi, əldə edilən nəticələrin kollec daxilində və respublika orta ixtisas tibb məktəbləri arasında yayılması sahəsində onun şəxsi təcrübəsi və təşəbbüsü pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Onun rəhbərlik etdiyi tibb ocağı tibbi təhsil islahatlarının önündə gedir.

Tibb təmayüllü orta ixtisas məktəbləri üçün bir sıra fənn proqramlarının, tədris vəsaitlərinin hazırlanması işini düzgün təşkil edir. Onun müasir tələblərə cavab verən yüksək peşəkarlıqla apardığı iş 1 nömrəli Bakı Tibb Kolleci respublikada tibbi pedaqoji təmayüllü orta ixtisas tibb məktəbləri arasında baza müəssisəsinə, pilot məktəbinə çevrilməsinə səbəb olmuşdur.

Bacarıqlı tibbi təhsil işçisi olmaqla yanaşı, Nəriman müəllimi işlədiyi kollektivin dərin hörmətini qazanmış tələbkar və eyni zamanda, qayğıkeş bir rəhbər kimi tanınmışdır.
O, azərbaycanlıdır!
O, sünilikdən uzaq, müasir dünya dərkinə bütün parametrləri ilə uyğun gələn Azərbaycan müəllimidir.
Uzun müddətdir ki, direktordur. Kollec orta tibb təhsili verir. 2010-cu il iyunun 16-da akreditasiya olundu və kollec statusu alıb.
Kollecin tələbələri ölkəmizdə kecirilən 1-ci Avropa oyunlarında könüllü olaraq iştirak edirlər.Buda bizi cox fərəhləndirir.
1 saylı Bakı Tibb Kollecinin səmərəli fəaliyyəti təqdirəlayiqdir
Kollecin tədris otaqlarında nəzəri və təcrübə dərsləri keçirilir. Bununla yanaşı kliniki fənlərdən təcrübə dərsləri xəstəxana və poliklinikalarda keçirilir.
Kabinet və laboratoriyalar lazımi avadanlıqlarla təchiz olunub.

Kollecin binasında həmçinin mühasibatlıq, inzibati və xidməti otaqlar mövcuddur. Kollecdə kompüter otağı, geniş idman və akt zalı, kitabxana tələbələrin ixtiyarındadır. Kollecin maddi-texniki bazası lazımı normalara və standartlara cavab verir.
Bu gün kollecimiz lazımi avadanlıqlarla, əyani vəsaitlərlə təhciz olunmuş, təcrübə otaqları, geniş informatika otağı, yeməkxana, dünya standartlarına cavab verən idman zalı, idman meydançası, zəngin kitabxana, tibb məntəqəsi ilə müəllim və tələbələrin ixtiyarına verilib.

Qaynarxett.az