backend

TƏCİLİ - XİN rəsmisi: "İSKƏNDƏR" PARTLASA müharibə şəksiz Rusiyanın ərazisinə keçəcək

TƏCİLİ - XİN rəsmisi: "İSKƏNDƏR" PARTLASA müharibə şəksiz Rusiyanın ərazisinə keçəcək

Erməni oliqarxlarının puluna Rusiyadan alınmış “İskəndər” raketləri İrəvanda ajiotaj yaradıb

Ermənistan cəmiyyəti eyforiyaya qapılıb.

Rəsmilər belə təsəvvür edirlər ki, artıq ölümsüz bir vəziyyət yaranıb, Ermənistan Azərbaycana qarşı istənilən addımı ata biləcək.

Guya Azərbaycanın Ermənistana qarşı geniş miqyaslı müharibə etmək imkanı yoxdur. Əvvəla, Ermənistanda belə şərhlər bütövlükdə cəmiyyətin, əhalinin Azərbaycana qarşı hansı əhval-ruhiyyəyə kökləndiyini göstərir.

Hamı çalışır ki, ən azı bir dənə “İskəndər”in buraxılmasını yaxından izləsin. Xüsusən NATO bunda çox maraqlıdır. “İskəndər” hələlik yalnız Rusiyanın ərazisində yerləşə bilər və yalnız Rusiya bu raketlərinin müdafiəsini təmin edə bilər.

Politika.Az xəbər verir ki, “İskəndər”in Ermənistan ərazisində yerləşdirilməsi Dağliq Qarabağ müharibəsini daha dağıdıcı edə bilər. Bu müharibəyə əlavə qüvvələr cəlb oluna bilər.

Əlavə dövlətlər cəlb olunacağı təqdirdə müharibə şəksiz Rusiyanın ərazisinə keçəcəkdir. Rusiya isə zərrə qədər bunda maraqlı deyil.

Azərbaycanın özünü müdafiə etmək üçün kifayət qədər imkanları var. S-300 ZRK-ları olan dövlətlər üçün “İskəndər” o qədər də qorxulu deyil.

Azərbaycan ən müasir hərbi texnologiyalara malik olan dövlətlərlə əməkdaşlığa üstünlük verməklə problemin həllinə nail ola bilər.

Rəsmi Yerevan xülyalara qapanıb öz xalqını aldatmaq əvəzinə qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməlidir.

Bunu XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatını və danışıqlar prosesini təhrif edən açıqlamasını şərh edərkən bildirib.

Azərbaycan XİN rəsmisi bildirib ki, Ermənistanın kriminal hərbi xunta rejimindən fərqli olaraq, Azərbaycan rəhbərliyinin xalqla dialoqu və beynəlxalq ictimaiyyətə müraciəti açıq və aydın xarakter daşıyır.