backend

Mirəli ŞİXƏLİYEV: "Müstəqilliyimiz əbədidir!"

Mirəli ŞİXƏLİYEV: "Müstəqilliyimiz əbədidir!"ƏMƏKDAŞIMIZ Baş Dövlət Yol Polis İdarəsinin Sumqayıt şəhərindəki 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi Mirəli Şixəliyevdən Müstəqillik günü
münasibətiylə kicik müsahibə almışdır M.ŞİXILİYEV Qaynarxett.az-a demişdir:


"Belə bir deyim vardır: Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Tarixi gedişat sübut edir ki, bu həqiqətən belədir. XX əsr ərzində Azərbaycan iki dəfə müstəqillik imkanı qazandı. 1918-ci il 28 may tarixi ilə qurulan Azərbaycan Xalq Cumhüriyyəti cəmi 23 ay yaşaya bildi. Mövcud şərait, xarici müdaxilə və daxili çəkişmlər AXC-nin süqutu ilə nəticələndi. Yalnız bundan 70 il sonra Azərbaycan yeni bir müstəqillik imkanı qazandı. 1980-ci illərin sonu 90-cı illərin əvvəllərindən etibarən SSRİ daxilində cərəyan edən hadisələr Azərbaycana öz milli müstəqilliyini yenidən bərpa etmək imkanı qazandırdı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbulu ilə Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini elan etdi. Lakin ilk vaxtlar bu sənəd sadəcə kağız rolunu oynayırdı. 1991-ci il 29 dekabr tarixli referendumla xalqımız yekdilliklə dövlət müstəqlliyinə tərəfdar çıxdılar. Lakin bu müstəqillik heç də asan şəkildə saxlanılmadı. 1991-1993-cü illər ərzində bir tərəfdən xarici müdaxilələr, daxili separatçılıq meyilləri, digər tərəfdən isə belə bir fürsətdən məharətlə istifadə edən erməni şovinistləri fəallaşmağa başladılar. Gəncədə Surət Hüseynovun qiyamı, qondarma Talış-Muğan Respublikasının elan olunması, Azərbaycan rayonlarının ard-arda erməni separatçıları tərəfindən işğalı rəhbərlikdə olanların müstəqilliyi qoruyub saxlamaq iqtidarında olmadığını göstərirdi. Onların yalançı “lider obrazı” xalq tərəfindən qəbul edilmirdi. Belə bir vəziyyətdə xalqın ayağa qalxmasından, Heydər Əliyevi rəhbərliyə gətirəcəyindən ehtiyat edən hakim qüvvəllər hər vəchlə buna mane olmağa çalışırdılar. Lakin 1993-cü il iyun ayının 15-də xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Bununla da Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi və onun dünya dövlətləri sırasında öz layiqli yerlərindən birini tutması sahəsində yeni bir mərhələ başlandı. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. Hansı ki bu gün də Azərbaycan bu konsepsiyanın üzərində inkişaf edir, yeni-yeni uğurlara imza atır. Ulu Öndərin də qeyd etdiyi kimi “Müstəqilliyimiz dönməzdir, əbədidir, sarsılmazdır!"