backend

UNUTMAYIN CƏNABLAR - Xalqin gözü tərəzidir

UNUTMAYIN CƏNABLAR - Xalqin gözü tərəzidir

Şəhərdə təsadüfən bir tanışımla rastlaşdım. Hal-əhval tutduq, xeyli söhbət etdik. Əslən Saatlıdan olan tanışım söhbəti jurnalistika istiqamətinə yönəltdi, ünvanımıza xoş sözlər söyləməklə bərabər bəzi uzdəniraq media işçilərinin əməlləri barədə acı təəssuf hissi ilə danışdı və əlindəki qəzeti mənə uzadaraq orada dərc edilmiş bir yazını oxumağı təkidlə xahiş etdi. Oxudum. Anonim xarakterli bu yazi respublikada yaxşı tanınan bir icra başcısı haqqında idi. Altında imza qoyulmayan yazıda sadalananların son dərəcə qərəzli bir munasibətin nəticəsi olduğu dərhal açıq-aydın gorünürdu. Heç bir konkret faktın yer almadığı və şəxsiyyətin təhqir olunmasına xidmət edən yazını qəzet səhifəsinə çıxarmaqla iyrənc bir oyunun iştirakçısına çevrilənlər barədə nə fikirləşdiyimi isə deməyə ehtiyac duymadım.


Tanışım yazıda adı hallanan icra başcısının keçdiyi həyat yolu, əmək fəaliyyəti, onun şəxsi keyfiyyətlərindən o qədər xoş sözlər danışdı ki, bu adamla əlaqədar araşdırma aparmaq, onu geniş oxucu kutləsinə tanıtdırmaq istədim. Çunki, ortaya belə bir sual çıxırdı: Doğrudanmı ömrünü xalqa və dövlətə xidmət etməyə həsr edən, cəmiyyətdə dərin hörmətə malik olan bir insan haqqında əsassız şayələr yaymağa çalışırlar?

Əvvəlcə tanıdığım bir neçə Saatlı sakini ilə göruşub onun barəsində soruşdum, rəhbərlik etdiyi rayonun bəzi ziyalıları ilə söhbətləşdim və internet vasitəsilə ətraflı məlumat topladım. Aydın oldu ki, hər şeyi olduğu kimi cəmiyyətə təqdim etməyə dəyər.

Cabbarov Siraqəddin Nəcəf oğlu 15 dekabr 1959-cu ildə İmişli rayonunda anadan olmuşdur. 1981-cı ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.İxtisasca mühəndis-mexanikdir.

Əmək fəaliyyətinə 1981-ci ildə Bakı Metaləritmə zavodunda mühəndis-texnoloq kimi başlamış və 1992-ci ilə kimi həmin zavodda komsomol komitəsinin katibi, baş metallurqun müavini və zavod idarəetmə xəttinin rəisi və zavod həmkərlar komitəsinin sədri kimi vəzifələrdə işləmişdir.
28 avqust 1989-cu ildən 25 aprel 2008-ci ilə kimi Binəqədi rayon icra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və Başçının müavini vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2008-ci il tarixli №-li sərəncamı ilə Saatlı rayon icra hakimiyyəti başçısı təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Beş övladı var.



Son 8 il ərzində Siraqəddin Cabbarovun icra başcısı vəzifəsini daşıdığı rayonda görülən işlərin siyahısına nəzər salanda isə rayonda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Bu müddət ərzində bu qədər iş görmüş Saatlı camaatı sözün əsil mənasında alqışa layiqdir desək, yəqin ki, diqqətli oxucularımız da bizimlə razılaşarlar.

Elin gözü tərəzidir

P.S..Di gəl, çox təssüflər olsun ki, Siraqəddin müəllimin uğurlarını həzm edə bilməyən qeyri - konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan ayaq tutar, yeriməz, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın, həm də özlərinin xeyrinə iş görsünlər.

Qaynarxett.az