backend

Türkiyənin tanıdığı Umutun azərbaycanlı anası peyda oldu

Türkiyənin tanıdığı Umutun azərbaycanlı anası peyda oldu













Türkiyənin Antalya şəhərində 2008-ci ildə keçirdiyi qəzadan sonra iflic olan və kimliyi hələ də müəyyənləşməyən Umut adlı gəncin anası olduğunu iddia edən qadın peyda olub.

Qafqazinfo xəbər verir ki, azərbaycanlı İrina Gülsüm Kabadayı adlı qadının qoruyucu ana kimi himayəsinə götürdüyü gəncin həqiqi anası olduğunu iddia edib. İrina Mehmetoğlu Kabadayı ailəsini ziyarət edib. O, oğlunun 7 yaşında Rusiyada qaçırıldığını, həqiqi adının isə Kənan olduğunu deyib.

Həqiqətin ortaya çıxması üçün İrina DNT testi etdirəcəyini bildirib:

“Üç uşağım var. Umutun əsl adı Kənan Mehmetoğludur. Qaçırıldığı düşərgədə “sənin oğlun öldü” deyə məni aldatdılar. Oğlumu o gündən sonra görmədim. Televiziya proqramında gördüm və oğlum olduğunu anladım. Onun fotosunu da götürərək Türkiyəyə və Gülsüm ananın yanına gəldim”.