backend

56 saylı orta məktəbdə pul yığımı - "Yoxunuzdur, oxuma"

56 saylı orta məktəbdə pul yığımı - "Yoxunuzdur, oxuma"

Orta məktəblərdə rüşvət yığımı səngimir

Yeni dərs ili başlayar-başlamaz məktəblərdə müxtəlif məqsədlərlə pul yığılmasına başlanıb. Redaksiyamıza son bir həftədə valideynlər tərəfindən məktəblərdəki pul yığımı ilə bağlı çoxsaylı şikayətlər daxil olub. Valideynlər müxtəlif məqsədlərlə pul istənməsindən narazılıqlarını bildirirlər. Şikayət paytaxtın demək olar ki, bütün rayonlarındakı təhsil müəssisələrini əhatə edir. Daha çox şikayət edilən məktəb isə Nərimanov rayonundakı 56 saylı orta məktəbdir. Verilən məlumata görə, bu orta məktəbdə şagirdlərdən 20 manat fond pulu yığılır. Müəllim günü ilə bağlı yığılan vəsaitin məbləği isə 30 manatdır.

Məktəbdə müəllimlərin bu bayramla bağlı yığdıqları pulun çox hissəsini direktora verdiyi bildirilir. Valideynlərin dediyinə görə, direktor tərəfindən istənilən pul bununla bitmir, məktəbdə təmir adı ilə də pul yığılır. Birinci sinfə gedən şagirdlərdən isə məktəbdə oxuduqları üçün şirinlik istəyirlər. Şirinliyin məbləği 50 manatdır. Bundan başqa, məktəbdə sinif rəhbərləri sinfinə savadlı müəllimləri yığmaq üçün direktora əlavə pul ödəyir. Müəllimlərin və valideynlərin verdikləri məlumata görə, hər müəllimə görə direktora verilən məbləğ minimum 100 manatdır. Həmin pullar isə sonradan sinifdə oxuyan şagirdlərdən yığılır.

Qeyd edək ki, bizə verilən məlumatın nə dərəcədə dogru olub-olmadıgını öyrənmək məqsədilə məktəbin drektoru Hicran Qarabəyli ilə telefon əlaqəsi yaratmaga calışsaq da özünü katibə kimi təqdim edən xanım drektorun gah iclasda, gah da dərsdə oldugunu bildirdi.

Araşdırmamız davam edir.

Qaynarxett.az