Bakının Sabunçu rayonunda 55 yaşlı kişi avtobusdan düşmək istəyərkən yıxılıb. Hadisə 1-ci Zabrat adlanan ərazidə baş verib. 1961-ci il təvəllüdlü Mirzəyev Vaqif Əli oğlu sərnişin avtobusundan düşmək istəyib. O, müvazinətini itirib və yerə yıxılıb. Nəticədə sınıq xəsarətləri alan sərnişin yaxınlıqdakı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.